Gürcüstanda vaksin olunan 300-ə yaxın şəxs koronavirusa yoluxub

img

07-05-2021 [13:45]


Gürcüstanda peyvəndlənmədən sonra koronavirusa 300-ə yaxın yoluxma faktı qeydə alınıb.

Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, həmin hallar üzrə araşdırmalar aparılır.

A.Qamkrelidze deyib ki, COVID-19-a yoluxan həmin şəxslər xəstəliyi kifayət qədər yüngül formada və əksər hallarda simptomsuz keçirib.

Qeyd edək ki, qonşu ölkədə vaksinasiyada “Pfizer”, “AstraZeneca” və “Sinopharm” preparatları tətbiq olunur/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA