Əfqanıstan Türk Kənəşində müşahidəçi olmaq fikrindədir

img

05-05-2021 [16:03]


Əfqanıstan Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının (Türk Kənəşi) üzv ölkələrilə mədəni, təhsil, iqtisadi əməkdaşlıq əlaqələrini daha da genişləndirmək məqsədilə sözügedən təşkilatda müşahidəçi status əldə etmək arzusundadır.

Bu barədə nazir Məhəmməd Hənif Ətmar tərəfindən Türk Kənəşi baş katibi Bağdad Əmreyevə ünvanlanmış məktubda bildirilir.

Cavab olaraq B.Əmreyev də Əfqanıstanın bu beynəlxalq təşkilatla və üzv ölkələrilə əməkdaşlıq əlaqələrini qurmaq və daha da genişləndirmək arzusunu yüksək qiymətləndirərək bunu regional əlaqələrin inkişafı baxımından mühüm addım olaraq dəyərləndirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA