İrakli Qaribaşvili: “Gürcüstan və Azərbaycan birgə layihələr həyata keçirməyi davam etdirəcək”

img

05-05-2021 [15:39]


“Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə strateji tərəfdaşlıq və dostluq münasibətlərimizi müzakirə etdik”.

Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili feysbuk səhifəsində yazıb.

Onun sözlərinə görə, görüşdə birgə səylərlə reallaşdırılan uğurlu regional əhəmiyyətli layihələr xüsusilə qeyd olunub: “Biz birgə önəmli layihələr həyata keçirmişik. Biz bunu davam etdirmək niyyətindəyik. Münasibətlərimizi daha da möhkəmləndirəcək birgə layihələr reallaşdıracağıq”.

İ.Qaribaşvili Bakıda səmimi qəbula görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirib: “İlham Əliyevi Tbilisidə qəbul etməkdən çox məmnun olaram”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
13:06 14.06.2021

Sabahın hava proqnozu

09:06 14.06.2021

Bu gün "Son zəng"dir

14:03 13.06.2021

Aleksandr Ata dəfn olunub