Arif Quliyevin səhhəti ilə bağlı açıqlama: "Ağciyər funksiyalarında irəliləyiş var"

img

05-05-2021 [12:40]


“Xalq artisti Arif Quliyevin vəziyyəti ağır kritik olaraq qalır”.

Bunu “Report”a “Yeni klinika”nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov deyib.

Onun sözlərinə görə, Xalq artisti artıq 8-ci gündür süni tənəffüs aparatına qoşuludur: “Əslində, ağciyər funksiyalarında irəliləyiş əldə etmişik, ancaq hazırda xəstənin vəziyyəti kritikdir. Onda serebrovaskuliyar bir hadisənin, patalogiyanın olmasından şübhələnirik. Gün ərzində beyin tamoqrafiyası planlaşdırmışıq. Çalışacağı ki, müayinəni edək, beyində hansı problemin olduğunu bilək”.

Qeyd edək ki, A.Quliyevin ağ ciyərinin 90 faizi zədələndiyi üçün süni tənəffüs aparatına qoşulub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq