Rusiya səfiri Fransa Xarici İşlər Nazirliyinə çağırılıb - Səbəb

img

04-05-2021 [23:21]


Rusiyanın Parisdəki səfiri Aleksey Meşkov Moskvanın Avropa rəsmilərinə tətbiq etdiyi sanksiya səbəbindən Fransa Xarici İşlər Nazirliyinə çağırılıb.

"RİA Novosti" xəbər verir ki, görüş bir gün əvvəl baş tutub.

Rusiyalı səfirin diqqətinə çatdırılıb ki, Fransa hökuməti aprelin 30-da Rusiya hakimiyyəti tərəfindən Avropa Parlamentinin rəhbəri, Avropa Komissiyası sədrinin müavini və fransalı millət vəkili Jak Maire də daxil olmaqla, bir sıra Avropa rəsmilərinə qarşı elan edilmiş tədbirləri qətiyyətlə pisləyir.

Fransa XİN nümayəndəsi Rusiya səfirinə bildirib ki, gərginliyi azaldılması ehtimalı var: “Paris vəziyyəti düzəltmək üçün Moskvanın məsuliyyətli davranacağını gözləyir”/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA