XİN-də daha bir dəyişiklik - Yeni idarələr yaradıldı, nazir müavinlərinə geniş səlahiyyət verildi - SİYAHI (Yenilənib)

img

04-05-2021 [17:30]


Xarici İşlər Nazirliyində (XİN) yeni idarələr yaradılıb.

Məlumata görə, nazirlikdə aparılan struktur islahatları çərçivəsində Təşkilat-nəzarət idarəsi təsis olunub.

Yeni idarənin fəaliyyətinə nəzarəti xarici işlər naziri Ceyhun Bayramov həyata keçirəcək.

Əvvəllər C.Bayramovun kurasiyasında olan Azərbaycan Respublikasının Beynəlxalq inkişafa yardım idarəsinə (Agentlik) nəzarət isə nazir müavini Fariz Rzayevə tapşırılıb.

Nazirin digər müavini Mahmud Məmməd-Quliyevin kurasiyasında olan İnsan hüquqları və demokratiya idarəsi ləğv edilərək onun əsasında Beynəlxalq insan hüquqları təsisatları ilə əməkdaşlıq idarəsi yaradılıb/Report.

***

Xarici İşlər Nazirliyində (XİN) struktur dəyişikliyi edilib.

Mia.az APA-ya istinadla xəbər verir ki, XİN-in strukturuna daxil olan idarələrin sayı artırlıb.

Bildirilib ki, XİN-də Təşkilat-nəzarət idarəsi yeni yaradılıb.

Yeni təyin edilən nazir müavini Elnur Məmmədovun kurasiyasında olan idarələr müəyyənləşib.

Onlar aşağıdakılardır:

- Amerika idarəsi;

- Asiya İdarəsi

- UNESCO üzrə Azərbaycan Respublikasının Daimi Katibliyi

- Ümumi Katiblik

- Linqvistik təminat idarəsi;

- Arxiv İdarəsi;

- İşlər İdarəsi;

- Xüsusi şöbə.


Digər xəbərlər
SON XƏBƏRLƏR