Ermənistan Baş Qərargah rəisinin müavini işdən çıxarılıb

img

04-05-2021 [16:56]


Ermənistan prezidenti Armen Sarkisyan Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini general-leytenant Karen Abramyanı vəzifəsindən azad edib.

“Sputnik Ermənistan” xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

O, baş nazir Nikol Paşinyanın təqdimatı ilə işdən çıxarılıb.

K.Abramyan 2020-ci ilin fevralına qədər qondarma “Dağlıq Qarabağ Respublikası”nın “müdafiə naziri” olub. Həmin ilin iyununda Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini təyin edilib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA