Səfir Faiq Quliyev gürcü nazirlə görüşüb

img

04-05-2021 [12:59]


Gürcüstanın mədəniyyət, idman və gənclər naziri Tea Tsulukiani və Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyev arasında görüş keçirilib.

Bu barədə Gürcüstanın Mədəniyyət, İdman və Gənclər Nazirliyi məlumat yayıb.

Görüşdə iki ölkə arasında mədəniyyət, idman və gənclər sahələrində əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Tərəflər həmçinin Azərbaycanın mədəniyyət naziri Anar Kərimovun bu ilin iyununda Gürcüstana baş tutacaq səfəri barədə də müzakirə aparıblar/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA