“Basim” kod adı ilə tanınan terrorçu İstanbulda tutulub

img

02-05-2021 [16:23]


2019-cu ildə Suriyada öldürülən İŞİD terror təşkilatının lideri Əbu Bəkr əl-Bağdadinin ən çox güvəndiyi və yaxın adamlarında biri olan, “Basim” kod adı ilə tanınan terrorçu İstanbulda yaxalanıb.

Belə ki, Türkiyənin Milli Kəşfiyyat Təşkilatı və İstanbul Terrorla Mübarizə Baş İdarəsinin birgə əməliyyatı nəticəsində saxlanılan şəxs, eyni zamanda terror təşkilatının “hərbi” birləşmələrin rəhbəri hesab edilir.

Qeyd edək ki, Suriyadan Türkiyəyə keçərək saxta pasportla İstanbulda yaşayan terrorçu şəhərin Ataşehir rayonunda ələ keçirilib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA