ŞƏHİDLƏR SƏRT QANUNLARLA QORUNMALIDIR!
30-04-2021 [19:12]
ATİF İslam oğlu İSLAMZADƏ
Filologiya üzrə fəlsəfə doktoru, dosent
e-mail: [email protected]
****
Bizim ölkəmiz erməni kimi mənfur düşmənlə qarşı-qarşıyadır.
Belə görünür ki, bu hələ uzun müddət davam edəcək. Rusiyanın və İranın da bizə özünü dost saymadığı, elə ABŞ-ıın da türkü sevmədiyi aşkar görünür. Bu, yaxın günlərdə qondarma “soyqırım” ifadəsinin süni şəkildə işlədilməsindən aşkar müşahidə olunur. Belə bir zamanda ölkəmiz hər zaman savaş psixologiyasına hazır olmalıdır.
Məlumdur ki, savaşın ideoloqlarını çıxmaqla, bütün döyüş yükü qazi və şəhidlərin öhdəsinə düşür. Yəni vətən üçün şəhid olmağa hazır olmayan oğullar olmasa, vətən də təhlükədə qalar. Bütün texnoloji imkanlar köməyə çatmaz. Bunu Şuşa döyüşləri aydın şəkildə göstərdi. Canından keçən oğulların qeyri-adi şücaəti bu gün bütün dünyanı heyrətə salıb. Hətta, yalnız ermənilər deyil, bütün türk düşmənləri də ehtiyatlanıb. Türkün savaşçı ruhu yenidən özünə qayıdırmı? Əgər qayıdırsa, nələr baş verə bilər? Bu düşüncə bütün dünyanın aparıcı dövlətlərini artıq narahat etməyə başlayıb. Belə bir zamanda ölkəmiz və dövlətimiz şəhid və qaziləri başı üzərində tutmalıdır. Çünki başımız üzərində dalğalanan bayraq simvol olaraq bez parçasıdır, mənəviyyat olaraq isə şəhidlərimizin və qazilərimizin özüdür. Onların qəhrəmanlığı, onların cəsarəti, onların qanıdır. Bu qan müqəddəsdir. Bu qana toxunmaq bayrağa toxunmaqdır. Son günlərdə şəhidlər arasında “Vətən türküsü” ilə məşhurlaşan şəhidimiz Xudayar Yusifzadə ilə bağlı gündəm də bu kontekstdə araşdırılmalı, ona milli-siyasi və hüquqi qiymət verilməlidir. Ən yaxşı halda bu hərəkət özü döyüşməyən birinin şəhidlərə dil uzatması, pis halda isə mənfur düşmənin dəyirmanına su tökməklə vətənə xəyanət etməkdir. Həmin soyu-kökü məlum olmayan şəxsin təcili hüquq-mühafizə orqanları tərəfindən istintaqa cəlb olunması dövlətçilik baxımından vacibdir. Əgər hüquq-mühafizə orqanları bu ədəbsiz hərəkərə, şəhidləri gözdən salmağa hesablanan bu xəyanət əməlinə təcili
reaksiya versəydilər, onun döyülməsi yox, dövlət tərəfindən hüquqi şəkildə cəzalanması baş verərdi. Artıq anlamaq lazımdır ki, cəmiyyət müharibədən əvvəlki cəmiyyət deyil. Şəhid və qazi isə cəmiyyət üçün baş ucalığıdır. Onlara dil uzadan səviyyəsiz tör-töküntülərin cavabı ən kəskin şəkildə veriləcəkdir. Əgər bunu hökumət etməsə, cəmiyyət edəcək. Əgər bir sıra adamlar, V kolon nümayəndələri və s. kimi şəxslər fikirləşirlərsə ki, yenə də şəhid valideyninə hansısa məmur “gedib vuruşmayaydı”, “Şəhidlər narkomandır” və s. deyə biləcəklər, çox yanılırlar. Çünki məğlub millətlə qalib millət eyni deyil. Şəhidlərə və qazilərə hörmətsizlik edənlər yaxşı bilsinlər ki, həm dövlət tərəfindən, həm də cəmiyyət tərəfindən cəzaya məruz qalacaqlar.
Bu hadisənin təsadüfi olmadığını düşünmək üçün əlimizdə ciddi əsasımız var. Məlumdur ki, şəhid Xudayar Vətən mahnısı oxumaqla çox məşhulaşmış, məşhur xanəndələr və müğənnilər onun ifasını arenjeman etmiş, hətta onun oxuduğu mahnını, yəni “Vətən yaxşıdır” təsnifini məşhur muğam ustadı və bu mahnının bəstəçisi Ə.Məmmədov “Xudayar təsnifi” adlandırmış, onun şəhid adına ərmağan etmişdir. Şəhid Xudayarın bu şəkildə məşhurlaşması və şəhid simvoluna çevrilməsi kimlərisə ciddi şəkildə narahat edir. Çünki şəxslərlə bacarmaq olar, ideologiya ilə bacarmaq olmaz. Artıq bu gün fikir verirsinizsə, Babək kimi qəhrəmanlar ətrafında mübahisələr çox səngimişdir. Çünki bu gün yeni qəhrəmanlar meydana çıxmış və onlar ideologiya təşkil etməkdədir. Mübariz İbrahimov, Ramil Səfərov kimi şəhid və qazilər ideologiyaya çevrilib gəncliyin II Qarabağ savaşında ilhamvericisi olmuşdursa, Xudayar Yusifzadə kimi şəhidlər də gələcək nəsilin vətəni qorumaq üçün ideya sipərinə çevrilməkdədir. Bundan narahat olan düşmənlər bu kimi proseslərin baş verməsinə rəvac vermişlər. Bir sözlə, qeyd etdiyimiz kimi bu təsadüfi hadisə deyil, düşünülmüş məkrli planın tərkib hissəsisidir. Əgər bunun qarşısı vaxtında alınmasa, ardı da hökmən gələcəkdir.
Əgər X.Yusifzadəyə qarşı sayğısızlıq edən şəxs ciddi şəkildə cəzalanmazsa, bu cəzanı məcbur olub həyata keçirənlər inzibati-hüquqi məsuliyyətə cəlb olunarlarsa, o zaman şəhidlərimiz haqqında bütün səviyyəsiz ağızlar yenidən açılacaq,
vətənimiz isə bu kimi döyüşdən qaçan fərarilər qarşısında müdafiəsiz qalacaq. Hər halda dövlət və hökumət bu barədə çox ciddi şəkildə düşünməli, müsbət nəticə meydana qoymalıdır. Ümid edirik ki, bu istiqamətdə yaxın günlərdə müsbət addımların atılmasının şahidi olacağıq!
Mia.az
Əhməd İsmayılov: "Dezinformasiya qlobal gündəlikdə ciddi təhdidlər sırasında yer alır"
Bu axşam “Nar”da böyük həyəcan – 9-cu avtomobil sahibini tapır
Daha iki məşhur istintaqa çağırıldı - Türkiyədə
Ceyhun Bayramov səfiri qəbul edib - Açıqlama
Ekoloq: "Şikayət edəcəksiniz, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi rüşvət alıb keçəcək” - VİDEO
“Mən nə etdiyimi bilirəm və sən də bilirsən” - Röya Şəbnəmə gözlənilməz an yaşadıb (VİDEO)
Tacikistan prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb - MƏTN
Türkiyənin vitse-prezidenti Fəxri xiyabanı ziyarət edib - FOTO
QARABAĞIN KƏNDLƏRİNƏ KÖÇ DAVAM EDİR (YENİLƏNİB)
Paşinyan Rusiyadan İlham Əliyevə təşəkkür etdi - Ermənistana qarşı blokadanı ləğv etdiyinə görə
Sabah hava necə olacaq? - Proqnoz
Bakıda siqaret satışı məhdudlaşdırıldı - Qiymətlər qalxdı
Fransa Prezidentinin rəsmi iqamətgahı soyulub: qədim tarixi əşyalar aparılıb - Vəzifəli şəxslər saxlanılıb
İcra başçısının sabiq müavini azadlığa çıxdı
Üç gün geomaqnit qasırğası olacaq
"İlhamə Qədimovanın özü də bu sahənin mütəxəssisi deyil" - Ekspert nazir müavininin deputatların qarşısındakı çıxışına belə şərh verdi
Müğənni amnistiya düşdü - Dəniz Əsədova azadlığa buraxıldı
"Bakı Metropoliteni"nin zərəri 3 milyard manatı ötüb - Rəqəmlər
Prezidentin Amnistiya təşəbbüsü: məhkumların azad olunmasına start verildi (Yenilənib)
Vüqar Qurbanov bir neçə gün əvvəl imzaladığı əmri ləğv elədi - Eldar Mahmudovun əmisi oğlu ilə bağlı
"Bu cür saxta reklamlar və şirnikləndirici təkliflərə inanmayın" - DİN-dən xəbərdarlıq
Baş məşqçi "Fənərbağça"ya qapını qapatdı - "O, bizə çox lazımdır"
Bakıda bacı-qardaş dəm qazından zəhərlənərək ölüblər.
XANKƏNDİNİN NÜFUZLU ZİYALISI
Ali Koç Aziz Yıldırıma "ilişdi", "Fənərbağça" prezidentinə tam dəstək verdi: "Yanındayıq"
Ukraynalı Ombusman: "50 ukraynalı zorla Rusiyaya aparılıb"
Mingəçevirdə 43 yaşlı şəxs 36 yaşlı sakini bıçaqlayıb
Kəskin respirator virusu yayılıb - Nazirlikdən xəbərdarlıq
Livan ordusu: "İsrailə məxsus kameralı casus qurğusunu ələ keçirdik"
Prezident İlham Əliyev MDB dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etməyəcək
"CNN Türk"ün müxbiri Merve Tokaz: "Başıma bir iş gəlsə...."
Qəzzada güclü fırtına oldu, 22 qəzalı bina çökdü - Ölənlər var
"Bursaspor" hücumçu aldı
Donald Trampın ideyası İsraildə tətbiq olunacaq - Həbsxanalar timsahlarla "mühasirə"də saxlanılacaq
Xırdalanda üç nəfər dəm qazından zəhərlənib
ABŞ Venesuelaya aid üç neft tankerinə "əl qoydu": "Siz harada olsanız, tapacaq və dayandıracağıq"
Səlçuk İnan: "Həyatımda heç vaxt mərc oyunlarına qatılmamışam"
"Fənərbağça" nigeriyalı futbolçuya aldığı maaşın 5 qatını təklif etdi - Danışıqlar başlayıb
"ÜÇ KEÇMİŞ İTTİFAQ ÖLKƏSİNİN İŞĞAL PLANI VAR" - Kəşfiyyat rəhbəri şok iddia irəli sürdü
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ağ rəngin poeziyada harmoniyası...
68 yaşlı qadının canına qıyan 31 yaşlı şəxs tutulub