İsraildə dini bayramda faciə: 44 nəfər ölüb, 150-dən çox yaralı var - Ölkədə milli matəm elan olundu

img

30-04-2021 [14:15]


İsrail Baş naziri Benyamin Netanyahu 44 nəfərin ölümü ilə nəticələnmiş faciənin baş verdiyi Meron dağı bölgəsinə yola düşüb.

Bu barədə məlumatı İsrail ordusunun “Galei Tzahal” radiosu yayıb/Report.

Son məlumata görə, baş verən faciə ilə əlaqədar mayın 2-si ölkədə milli matəm günü elan edilib.

Xatırladaq ki, aprelin 30-da gecə saatlarında ənənəvi olaraq tonqalların qalandığı Laq ba-Omer dini bayram zamanı izdiham yaranıb.

Radiostansiyanın məlumatına görə, Netanyahu birbaşa "faciə bölgəsinə" gedib. Bundan bir qədər öncə baş nazir Meron dağında baş verənləri "ağır faciə" adlandırıb.

İsrailin “Kan” dövlət radiosunun verdiyi məlumata görə, faciə nəticəsində ən azı 44 nəfər həlak olub və ən azı 150 nəfər yaralanıb. Yaralılardan altısının vəziyyəti ağır kimi qiymətləndirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA