100-dən çox generaldan Makrona xəbərdarlıq: "Dövlət çevrilişi də baş verə bilər"

img

28-04-2021 [11:22]


Fransada istefada olan yüzdən çox general və zabit Fransa Prezidenti Emmanuel Makrona ölkədə irqi ayrı-seçkilik müharibəsi, dövlət çevrilişi təhlükəsi barədə açıq xəbərdarlıq məktubu göndərib.

“İnterfax” xəbər verir ki, məktubu “Valeurs actuelles” həftəlik jurnal dərc edib.

Məktubda müəlliflər bildirib ki, Fransa Konstitusiyasına zidd fəaliyyət göstərən dini fanatlar və “islamçılar” ölkədə vətəndaş müharibəsi təhlükəsi yaradır: “Zorakılıq gündən-günə artır”.

Onlar bildirib ki, Emmanuel Makronun fəaliyyətsizliyi səbəbindən dövlət çevrilişi də baş verə bilər.

Mütəxəssislərin fikrincə, müraciətin müəllifləri bununla Fransada dini ayrı-seçkilyi və milli ədavəti təbliğ ediblər/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA