Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
24-04-2021 [00:13]
Qoç - günlə bağlı planlar quranda unutmayın ki, hətta ən sadə və asan işlərin həlli nəzərdə tutulduğundan artıq vaxt alacaq. Yolda ləngimə, təxirəsalma riskləri də az deyil. Yolda gecikmələr ola bilər. Ona görə də gecikmələrlə barışmayan insanlarla bu gün görüş təyin etməyin. Vəd edilən görüşə vaxtında qatılmaq asan olmayacaq.
Günün ikinci yarısında səhhətinizdə problemlər ola bilər. Meteohəssas insansınızsa, özünüzdən muğayat olun. Kompüter arxasında çox vaxt keçirmək, uzun müddət televizora baxmaq məsləhət deyil.
Gözləriniz tez yorulacaq.
Buğa - yaxın gələcəklə bağlı planlar qurursunuz. Nəyi həyata keçirmək istədiyinizi müəyyənləşdirin. Əfsuslar olsun ki, bir sıra məsələlərdə sizi pərişanlıq gözləyir.
Günün maliyyə fonu uğursuz olduğundan bədxərcik etməyin, spontan alış-verişə varmayın. İşgüzar səfər və ya səyahət uğursuz alınacaq. Çoxdankı tərəfdaşlardan biri ilə münasibətlər korlana bilər.
Günün ikinci yarısında müsbət təmayüllərin təsiri güclənəcək. Yaxınlarınızla münaqişə və ciddi ixtilaflara səbəbkar olmayın. Yaşam potensialının səviyyəsi yüksəkdir. Səhhətinizdə problemlər yaranmayacaq.
Əkizlər - xüsusilə diqqətli və səbrli olun. Həmkarlar, işgüzar tərəfdaşlar və işdəki rəhbərliklə təmaslarda diqqətli olun. Yalnız belə olarsa, sonradan uzunmüddətli münaqişələrə təməl olacaq mübahisənin qarşısını ala bilərsiniz. Birgə fəaliyyət üçün əlverişsiz zamandır.
Günün ilk yarısından başlayaraq müstəqil çalışmağa başlayın.
Maliyyə məsələləri ilə bağlı problemlər yaranarsa, yaşlı qohumlar və təcrübəli dostların məsləhətlərinə qulaq asın.
Sevdiyiniz insanla münasibətlərdə problemlər yarana bilər. Güzəştə gedin, təmaslardakı harmoniyanı qoruyun.
Xərçəng - günün ilk yarısı uğurlu olacaq. Qərarları vaxtında qəbul edərək qətiyyətli addımlar atsanız, göstərdiyiniz səylər peşəkar fəaliyyət sahəsində ciddi irəliləyişlə sonuclanacaq.
Əzəli rəqibi üstələmək, bədxahları pərişan etmək şansları var. Karyera, maliyyə məsələləri, şəxsi həyatla önəmli qərarlar qəbul edərkən ciddi düşünün.
Günün ikinci yarısı o qədər də əlverişli olmadığından daha ehtiyatlı tərpənmənlisiniz. İnsanların gur olduğu yerlərə yollanmayın.
Sakit istirahət, yorucu olmayan və maraqlı məşğuliyyət üçün vaxt tapın.
Şir - qarışıq, mürəkkəb, çətin gündür. Fəqət, problemlər müvəqqəti səciyyəlidir və az sonra həll olunacaqlar. Uzunmüddətli öhdəliklər götürməyin, vədlər verməyin. Cari işləri başa vurmamış yeni planlar qurmayın. Boş vaxtınız az olacaq. Süst və ətalətli davranmayın.
Əyləncəni ixtisara salmaq olar.
Günün ikinci yarısı nüfuzlu insanlarla görüş, dövlət qurumlarına baş çəkmək üçün əlverişli deyil. Romantik görüş də pis alınacaq. Bu səbəbdən də ciddi səhvlərə yol verməməyə çalışın.
Qız - əlverişli və yaxşı gündür. Ciddi uğurlara nail ola bilərsiniz. Qəbul etdiyiniz qərarlar qeyri-standart olarsa, qarşınıza qoyduğunuz məqsədlərə çata bilərsiniz. Peşəkar fəaliyyət müstəvisində çoxdan bəri həllini gözləyən problemi çözmək şansları yaranıb. Son vaxtlar dil tapa bilmədiyiniz insanlarla dil tapa bilərsiniz.
Hüquqi və əmlak məsələlərinin həlli, habelə alış-veriş üçün yaxşı zamandır.
Günün ikinci yarısında səfər və ya səyahət uğurlu alına bilər. Yaxınlarınızla münasibətlərdə həssas olun. Təmasların səmimi, harmonik olmasına çalışın. Romantik təmaslar və dost görüşləri sizi sevindirəcək.
Qəfil hədiyyə istisna deyil.
Tərəzi - işdə uğurlar istisna deyil. Nüfuzlu insanlarla görüşlər pis keçmir. İşdə rəhbərliklə söhbətin konstruktiv olmasına çalışın. Karyera irəliləyişə və ya maaşın artırılmasına nail olmaq şansları var.
Yeni iş yeri axtarışlarına da başlamaq olar. Maraqlı təkliflər alacaqsınız.
Günün ikinci yarısı işgüzar təmaslar müstəvisi ilə yanaşı, şəxsi münasibətlərdə təşəbbüslər üçün əlverişlidir. Romantik görüş pis keçməyəcək. Maraqlı tanışlıq ola bilər. Üstünlüklərinizi nümayiş etdirin, nöqsanlarınızı gizləməyə çalışın.
Qətiyyətli və iradəli olun. Axşam saatlarında normal istirahət edin
Əqrəb - bu gün yaranan problemləri müstəqil, kimsədən yardım gözləmədən həll etməyə çalışsanız, əhəmiyyətli irəliləyişlərə nail ola bilərsiniz. Əməkdaşlıq effektiv olsa da, psixoloji baxımdan qeyri-komfort sayıla bilər. İşdə həmkarlarla, fəaliyyət sahəsində isə tərəfdaşlarla gərgin mübahisələr etməyin. İşgüzar və şəxsi münasibətləri əsla qarışdırmayın.
Yeni tanışlıq üçün əlverişli zaman deyil.
Günün ikinci yarısında yaxınlarınız adi günlərlə müqayisədə sizi daha çox tənqid edəcəklər. Onların dediklərində həqiqət olsa da, inciyə bilərsiniz. Əhvalınız pis olmayacaq. Axşam saatlarında xroniki ağrılar başlaya bilər.
Oxatan - sakit və rəvan gündür. Adi, cari və rutin işlərin öhdəsindən asanlıqla gələcəksiniz. Əlahiddə çətinliklər yaranmayacaq. Prinsipial baxımdan yeni problemlərin həllinə, yaxud da genişmiqyaslı layihənin reallaşdırılmasına başlamayın. Bir çox məsələlərə ifrat mühafizəkar yanaşma sərgiləməyin. Bilik və təcrübənin artırılmasında uğurlar əldə edə bilərsiniz. Maraqlı insanlarla görüşlər istisna deyil.
Günün ikinci yarısında köhnə tanışlar, dostlardan xəbərlər alacaqsınız. Qəfil dəvət də istisna deyil. Maliyyə fonu uğurludur. Gözlədiyiniz məbləğ vaxtında çatdırılacaq. Axşam saatları gəzintiyə və ya alış-verişə yollanmaq istəyirsinizsə, isti geyinin. Soyuqdəymə, zökəm riski var.
Oğlaq - böyük uğurlara və əhəmiyyətli irəliləyişə nail ola bilərsiniz. İntuisiyanızın səsinə qulaq asın. O, ən yaxşı nəticələrə nail olmaq üçün nə zaman nə etməyi sizə deyəcək. Tamamilə faydasız hesab etdiyiniz informasiyadan da yararlana bilərsiniz. Bilik, təcrübə və məlumatlarınızı artırın.
Diqqətli və sayıq olun. Belədə ən çətin vəziyyətdən çıxış yolunu tapa bilərsiniz. Köməyə ehtiyac duyan insandan yardım və məsləhətlərinizi əsirgəməyin.
Günün ikinci yarısı alış-veriş, maliyyə və əmlak məsələlərinin həlli üçün əlverişlidir. Təmirə başlamaq, interyeri yeniləmək olar.
Dolça - işgüzar görüşlər, əməkdaşlıq şərtlərinin müzakirəsi, yeni sərfəli tərəfdaşlığa başlamaq üçün əlverişli gündür. Fəaliyyətin təşkilatı ilə bağlı ideyalar pis deyil. Rəhbərliklə görüşərək həmin ideyaları müzakirə etmək olar.
Kadr məsələlərinin həlli zamanı laqeyd müşahidəçi mövqeyi tutmayın.
Problemlərin həllində qeyri-standart variantları seçin.
Ailə üzvləri ilə ünsiyyət üçün yaxşı zamandır. Yaşlı qohumlar və uşaqlarla təmaslar sizə müsbət emosiyalar verəcək.
Sevdiyiniz insanla münasibətlərdə qayğıkeş, həssas olun. Belədə fikir ayrılığı və ixtilaf riski minimuma enəcək.
Balıqlar - yaranmış situasiyanı dəyərləndirmək çətin olsa da, bu işin öhdəsindən gəlməyə çalışın. Bəzi qərarlar və addımlarınızın yanlış olduğunu etiraf etmək üçün özünüzdə cürət tapın. Aldığınız məlumatlarla informasiyanın hamısını yadda saxlamaq çətindir. Bəzi məlumatları unuda bilərsiniz.
Günün ikinci yarısı sənədlərin hazırlanması, dövlət qurumlarına baş çəkmək, hesabatları ərsəyə gətirmək üçün əlverişli deyil. Məişət problemlərinizi ürəyinizə salmayın. Kiçik məsələlərə görə yaxınlarınızla münaqişə etməyin.
Hansı işə diqqət yetirmək gərəkdiyini, hansı işin də önəmsiz olduğunu müəyyənləşdirin.
Axşam saatlarında normal istirahət edin.
Milli.Az
Trampdan Hörmüz boğazı barədə mühüm xəbərdarlıq: "Gərəkirsə..."
İran Dubayda ABŞ konsulluğunun binasını vurub - FOTO
ABŞ və İsrail müharibəni dayandıracaq? - İran Müdafiə Nazirliyindən gözlənilməz anons verildi
İran: "ABŞ-ın ikinci THAAD hava müdafiə sistemini də vurduq"
ABŞ daha bir ölkədə səfirliyini qapatdı - İranın hücumuna görə
Tramp İran şahının oğlunun üzərindən xətt çəkdi, Avropa ölkəsini təhdid etdi: "İndi əsas məsələ..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qətər təkzib etdi: "İrana qarşı müharibəyə qatılmadıq"
Ramazanın 14-cü gününün duası: imsak və iftar vaxtı
“Qəlb cəbhəsi” kitabı təqdim olunub - FOTOLAR
"Gənclik" metro stansiyasını bulvara birləşdirəcək
REKTORLAR NİYƏ TOPLANDI? - Görüş + FOTOLAR
Pezeşkian: "Əsas sərvətimiz milli birliyimizdir"
Şamaxıdakı zəlzələdən sonra 600-ə yaxın afterşok qeydə alınıb
TRAMP İKİ GÜN ƏVVƏLKİ SÖZÜNÜ DANDI: "Dedim ki, daha çox gecdir"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Xəstə üçün toplanan pulu kartdan oğurlayan şəxs saxlanılıb
"TƏK BİR RAKETİMİZ İSRAİLƏ BƏS EDƏR" - Şimali Koreya lideri "İran istəsə, raketlər göndərəcəyik" vədi verdi
Abşeronda 38 yaşlı şəxs 15 kq narkotiklə saxlanılıb
Aktrisa direktoru məhkəməyə verdi - Töhməti ləğv etdirdi
Qar yağacaq - Xəbərdarlıq
Daha bir qrup müğənniyə efir qadağası qoyuldu - SİYAHI
BU MƏHKƏMƏLƏRƏ HAKİM TƏYİNATLARI OLDU - Sərəncam + SİYAHI
"Referans”ın baş həkimi şantajda ittiham olunub - Ülya Quliyeva həkimin telefonuna niyə təhdid mesajları atırmış?
Mərkəzi Bank "Fizza Pay"in vəzifəli şəxsini cərimələyib
Daxili işlər naziri Yevlaxda vətəndəşları qəbul edəcək - Bu tarixdə
İsrail ordusu İran prezidentinin iqamətgahını da vurub: "Həmin an iclas gedirdi..."
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Hüseyn Cavid - Azərbaycan romantizminin parlaq siması...
Ronaldo Səudiyyədən qaçdı - Müharibəyə görə
Arda Turanın tələbi rədd edildi - UEFA-dan qərar
İrana hücum: itkilərlə bağlı son statistika açıqlandı
İlin ilk Ay tutulması başlayıb
"Əməkdaşlar gəlib baxırdılar, lakin tədbir görülmürdü" - "Azərsu"nun qaynar xəttinə 3 dəfə zəng etmişəm, lakin bir nəticəsi olmayıb"
Sabah yağışlı hava olacaq - Proqnoz
ALİ MƏHKƏMƏ DAHA BİR MƏSƏLƏ BARƏDƏ VAHİD QƏRAR VERDİ - Detallar
İranda hərbi baza vurulub - On üç əsgər həlak olub
İlham Əliyev Avropa Komissiyasının komissarını qəbul edib - FOTOLAR
ABŞ Qətər, İordaniya, İraq, Bəhreyn və Küveytdəki diplomatlarını çıxarır - Qərar verildi
Kanada qorxuya düşdü - Ər-Riyaddakı səfirlik qapadıldı
İSRAİL QOŞUNU LİVANA GİRDİ: "Strateji əraziləri ilhaq edəcəyik" - Hizbullah əks hücum vədi elan etdi
Tibbi Yardım Stansiyasında qalmaqal - VİDEO
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
Səbinə Əliyeva deputatlara hesabat verib