Azərbaycan Kuboku: "Qarabağ" "Sumqayıt"a qalib gələ bilmədi

img

21-04-2021 [22:34]


Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub.

Məlumata görə, günün son matçında "Qarabağ" səfərdə "Sumqayıt"la qarşılaşıb. Görüş qolsuz bərabərliklə başa çatıb.

Günün ilk oyununda isə "Zirə" səfərdə "Keşlə"yə 2:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, cavab qarşılaşmaları aprelin 29-da olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA