6 ay komada qalan daha bir qazi şəhid oldu - FOTO

img

16-04-2021 [11:57]


Mia.az xəbər verir ki, Azərbaycan Ordusunun Vətən müharibəsində yaralanıb, 6 ay komada qalandan sonra şəhid olan hərbi qulluqçusu Səbuhi Hüseynli Xaçmaz rayonunun Maqsudkənd kəndinin qəbiristanlığında dəfn torpağa tapşırılıb.

Allah rəhmət eləsin!

***

Azərbaycanın daha bir Vətən müharibəsi qazisi dünyasını dəyişib.

Mia.az Report-a istinadla xəbər verir ki, 6 aydır koma vəziyyətində olan Səbuhi Hüseynli bu gün şəhidlik zirvəsinə ucalıb.

Xaçmaz rayonunun Maqsudkənd kəndindən olan 23 yaşlı Səbuhi Hüseynli oktyabrın 20-də Xocavənd uğrunda gedən döyüşlər zamanı ağır yaralanmışdı.

Qazimiz oktyabrın 30-da beyin əməliyyatı olunsa da xeyri olmayıb.

Onun 1 övladı yadigar qalıb.

Allah rəhmət eləsin!

img

Digər xəbərlər
SON XƏBƏRLƏR