PUTİNDƏN AÇIQ SAVAŞ MESAJI: Rusiya döyüş texnikalarını 53 il əvvəl Çexiyanın işğalındakı kimi "savaş boyası" ilə rənglədi (FOTOLAR)

img

15-04-2021 [18:27]


Qərb dünyasından sərt sanksiyaların artması və "gərginlyi azaldın" çağırışlarına rəğmən, Rusiya Ukrayna ilə sərhəd bölgəsində sensasiya doğuran gözlənilməz addım atıb.

Mia.az xəbər verir ki, belə bir gərgin anda sərhəd bölgəsindəki rus tankları və zirehli texnikalarına "savaş boyası" xəbərdarlığı mənasını verən ağ rənglə boyayan Rusiya ABŞ və Ukraynaya açıq şəkildə "Döyüşə hazırıq" mesajı verib.

Mia.az xatırladır ki, belə bir hadisə 53 əvvəl baş verib və məhz bundan sonra o zamankı Çexoslovakiya keçmiş SSRİ tərəfindən işğal olunub. Belə ki, 1968-ci ildə Çexoslovakiyanın işğal zamanı Rusiya hərbçilərinin çoxluq təşkil etdiyi əməliyyatda sovet tankları məhz savaş xəbərdarlığı mənasını verən ağ rənglərlə boyanıb (Fotolar aşağıdakı verilib - Mia.az).

Həmin işğaldan 53 il sonra isə Putin tenikaların belə rənglənməsinə əmr verib.

Rusiya mətbuatının məlumatına görə, Putinin əmri ilə Ukrayna sərhədinə 80 min əsgər, yüzlərlə tank və zirehli texnika göndərilməsinə baxmayaraq, əlavə 30 min hərbçinin göndərilməsinə də hazırlıq görülür

Onu da qeyd edək ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Vilyam Burns dünən verdiyi açıqlamada Rusiyanın sərhədə Ukraynaya müdaxiləyə zəmin yaradacaq qədər hərbi qüvvə topladığını bəyan edib.

Artıq CİA direktorunun bu açıqlaması, ardınca ABŞ-ın son sanksiyaları və Avropanın da buna dəstək verməsi ilə yanaşı, Rusiyanın tankları 53 əvvəlki savaş vəziyyətindəki kimi rəngləməsinin 3-cü Dünya Müharibəsinin başlayıb-başlamayacağı istiqamətində dünya mediasında ciddi müzakirələr gedir.

MİA.AZ

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR