Yaşar Əliyev BMT-dəki debatda: "Ermənilər qəbiristanlıqları, tarixi yerlər və digər mülki obyektləri də minalayıb"
09-04-2021 [14:21]
Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasında minaların zərərsizləşdirilməsi məsələlərinə həsr olunan debatlar keçirilib.
Mia.az xəbər verir ki, Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev Azərbaycandakı vəziyyət barədə məruzə ilə virtual açıq debatlarda çıxış edib.
Diplomat öz bəyanatında qeyd edib ki, müharibənin partlama təhlükəli fəsadlara malik minalar və əldəqayırma partlayıcı qurğular münaqişə və münaqişədən sonrakı vəziyyətdə olan bir çox ölkələrin gündəlik həyatına öz təsirini göstərməkdə davam edir, bununla da mülki əhali, hərbçilər, sülhməramlı və humanitar heyət üçün ölümcül təhlükə yaradır: “Biz Azərbaycanda minaəleyhinə fəaliyyətin potensialının möhkəmlənməsində Birləşmiş Millətlər Təşkilatının dəstəyini dəyərləndiririk. Azərbaycan Respublikasının 1999-cu ildə yaradılan Minatəmizləmə Agentliyi (ANAMA) BMT-nin İnkişaf Proqramının köməyilə son 20 ildə Azərbaycanda 800 mindən çox mina və digər partlama təhlükəsi olan döyüş sursatlarını zərərsizləşdirərək, 160500-dən artıq məcburi köçkünün doğma evlərinə təhlükəsiz qayıdışının təmin olunmasına yardım edib. Lakin Azərbaycan yerüstü minaların və müharibənin partlama təhlükəli fəsadlarından hələ də əziyyət çəkən münaqişədən sonrakı vəziyyətdə olan ölkələr siyahısına daxildir”.
Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri qeyd edib ki, Ermənistan 1991-ci ilin sonu – 1992-ci ilin əvvəllərində Azərbaycana qarşı tammiqyaslı müharibəyə başlayıb. Nəticədə Azərbaycan ərazilərinin xeyli hissəsi Ermənistan tərəfindən işğal edilib. Müharibə on minlərlə insanın həyatına son qoyub, şəhərlər, qəsəbələr və kəndlər dağıdılıb, işğal edilmiş bütün ərazilərdən 700 mindən çox azərbaycanlı çıxarılıb.
O bildirib ki, 2020-ci il sentyabrın 27-də Ermənistan tərəfindən daha bir təcavüz aktına cavab olaraq, Azərbaycan Silahlı Qüvvələri tərəfindən uğurla aparılan əks-hücum əməliyyatı nəticəsində Azərbaycanın 300-dək şəhər, qəsəbə və kəndinin yerləşdiyi təqribən 10 min kvadratkilometr ərazisi işğaldan azad edilib.
Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikasının baş nazirinin 10 noyabr 2020-ci il tarixdə imzaladıqları Bəyanat Ermənistan ilə Azərbaycan arasında təxminən 30 illik silahlı münaqişəyə son qoydu və regionda möhkəm sülhün təsdiqlənməsi üçün razılaşdırılmış parametrləri müəyyən etdi. 2021-ci il yanvarın 11-də üç ölkənin liderləri daha bir birgə Bəyanat imzaladılar. Bəyanat regionda iqtisadi və nəqliyyat əlaqələri qarşısındakı maneələrin aradan qaldırılması üzrə praktik addımların icrasına istiqamətlənib.
Lakin yuxarıda adıçəkilən 10 noyabr 2020-ci il tarixli Bəyanat imzalandığı andan bəri Azərbaycanın 20 vətəndaşı, o cümlədən 14 dinc sakin həlak olub, 87 vətəndaş, o cümlədən 16 dinc sakin azad edilmiş ərazilərdə minaların partlaması nəticəsində ciddi xəsarət alıb. Münaqişənin baş verdiyi müddət ərzində Azərbaycanın işğal edilmiş ərazilərinin böyük hissəsi, o cümlədən qəbiristanlıqlar, tarixi yerlər və digər mülki obyektlər belə Ermənistan tərəfindən ardıcıl surətdə və pərakəndə minalanıb.
Bəyanatda deyilir ki, Ermənistan işğaldan azad edilən ərazilərdə minalanmış sahələr barədə məlumatı təqdim etməkdən imtina edir. Bununla da insanların həyatını bilərəkdən riskə atır və işğaldan azad edilmiş ərazilərdə münaqişədən sonrakı bərpa işlərinə, yenidənqurmaya və humanitar səylərə, həmçinin məcburi köçkünlərin öz evlərinə təhlükəsiz şəraitdə qayıtmalarına mane olmağa çalışır.
Y.Əliyev vurğulayıb ki, Ermənistanın hərəkətləri beynəlxalq hüququn açıq şəkildə pozulması deməkdir, onun öz üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirmək və konfrontasiya siyasətindən əl çəkmək istəmədiyini nümayiş etdirir.
Diplomat deyib: “Baş katib minaların zərərsizləşdirilməsi üzrə fəaliyyətə hərtərəfli yanaşma barədə məruzəsində vurğulayıb ki, minaəleyhinə fəaliyyət sülhün və davamlı inkişafın müjdəçisi olaraq, tərəflər arasında etimadın möhkəmləndirilməsinə mühüm praktik töhfə verir (S / 2018/623). Bugünkü iclas üçün hazırlanan konseptual qeyddə analoji olaraq göstərilir ki, xüsusilə minaəleyhinə fəaliyyət davamlı inkişaf üçün həlledici əhəmiyyət kəsb edir, sabitliyə və sülhün dəstəklənməsinə müsbət töhfə verir (S / 2021 /284). Bu sözlər bu gün həddən artıq aktualdır. Çünki bizim regionumuzdakı yeni vəziyyət yüz minlərlə məcburi köçkün üçün doğulduqları yerə təhlükəsiz qayıtmaq hüquqlarını həyata keçirməyə imkanlar açır. Müharibənin dağıdıcı nəticələrinə baxmayaraq, sülhün bərqərar olması, sabitliyin möhkəmləndirilməsi, dinc yanaşı yaşayışın bərpa edilməsi, gündəlikdə duran barışıq məsələsinin irəliləməsi, iqtisadi inkişafa və əməkdaşlığa investisiya qoyulması üçün unikal imkanlar və real perspektivlər təqdim edir. Buna görə də beynəlxalq birliyin təxirəsalınmaz reaksiyası ədalətin, məsuliyyətin, yerüstü minaların və müharibənin partlama təhlükəli fəsadlarının təhdidi altında olanların həyat və hüquqlarının müdafiəsinin təmin edilməsi üçün böyük əhəmiyyət kəsb edir”.
Bakcell ilə innovasiya dövrü başladı - FOTOLAR
Prezident Ərdoğanın ABŞ-a səfəri təxirə salınıb - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Qalatasaray" 3 xalı 3 qolla qazandı
Nazir xidməti maşınında qəzaya düşüb
Prezident İlham Əliyev Almaniyadan Vətənə dönüb - FOTOLAR
İlham Əliyev Almaniyada: Kanslerlə birgə mətbuat konfransı keçirildi - "Əslində, sualınız təəccüb doğurur, çünki..." (FOTOLAR)
Bakının Nizami rayonunda dərəbəylikdir - FOTOLAR
Azərbaycan və Almaniya prezidentləri bağda gəzişərək səmimi söhbət ediblər - FOTOLAR
SƏRHƏDLƏR DƏQİQLƏŞDİRİLiR: nəzərdə tutulan işlərin 35 faizi görülüb
ƏƏSMN-in strukturunda müdir dəyişikliyi olub - Regional idarələrdə kimlərə vəzifələr verilib?
AFFA İntizam Komitəsi "Qarabağ" klubunu cərimələyib
Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatdı - VİDEO, FOTOLAR
İLHAM ƏLİYEV BERLİNDƏ TƏDBİRDƏ: "Beləliklə, biz çox məsuliyyətlə davrandıq və..." - FOTOLAR (Yenilənib)
Prezident İlham Əliyev Almaniya XİN rəhbəri ilə görüşüb - FOTOLAR
Nazim Quliyev həbs olunub - Səbəb
Əli Əsədov daha bir qərar imzalayıb
Rusiya müdafiə naziri: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır" - "Rusiya bu cür təhdidlərdən çəkinən deyil"
Keçmiş rektor yenidən hakim qarşısına çıxarıldı
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib
Penitensiar Xidmətin sabiq rəisinin ifadəsi yayılıb
Türkiyədə "terror əməliyyatı": daha 19 şübhəli tutulub
Vüqar Dadaşlı Nərimanovda həbs olunub
CHP-dən "Ərdoğanla görüşməyin" deyən Kamal Kılıçdaroğluna cavab verildi: "Gələcəyə yumruq sıxaraq gedəmmərik"
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan çıxarılır - İngilis alimləri mühüm kəşfə imza atır
"Kəpəz hospital"da əməliyyat olunan uşaq ölüb
Bəkir Orucov: "Mən arxası, pulu olmayan, öz zəhməti ilə bu pilləyə çatan generaldım"
“GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək
Sabahın hava proqnozu açıqlandı
Şolts: "Bakıda noyabrda keçiriləcək COP29 da uğurlu olacaq"
XİN sözçüsündən Avropa Parlamentinin qətnaməsinə reaksiya: "Bu, açıq siyasi sifarişindən başqa bir şey deyil"
Sensasion olay: partiya fəalı şantaj üçün özünü yerə atdı və... - Ancaq telefon çəkilişi iyrənc niyyəti deşifrə edib (VİDEO, FOTOLAR)
Şirvanda əməliyyat: saxlanılanlar var - FOTO
Nəsimi rayonunda akademik Zərifə Əliyevaya həsr olunmuş adlı tədbir keçirilib - FOTOLAR
“Neftçi”nin şikayətinə "yox" deyildi
Kılıçdaroğlu CHP sədrinə "təpindi": "Sarayla müzakirə deyil, mübarizə apararlar" - "Ərdoğanın qərarlarına ortaq olma"