Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
06-04-2021 [00:03]
Qoç - Yetərincə ağır, mürəkkəb bir gündür. Səbirsiz və kəmhövsələ olmayın. Planlarınızı həyata keçirmək üçün əlverişli zamanı gözləyin. Soyuqqanlı olun, təmkinlə davranın. Yaramaz insana sizi təbdən çıxarmağa imkan verməyin.
İşgüzar danışıqlar üçün əlverişli gün deyil. Həddən artıq emosional olsanız, diskussiyanı konstruktiv məcrada apara bilməyəcəksiniz.
Müstəqil fəaliyyət və təkbaşına iş üçün yaxşı gündür.
Maliyyə problemləri yarana bilər. Amma yaxınlarınız dadınıza çatacaq. Yolda, sükan arxasında ehtiyatlı olun. Xoşagəlməz, pis hadisə riski var.
Buğa - Problemlərin hamısını birdən həll etməyə çalışmayın. Strateji məsələləri və problemləri çözmək üçün əlverişli zamandır. İntellektual və yaşam potensiallarınızın səviyyələri yüksəkdir. Üstəlik, kimin nəyə qadir olduğunu dərhal anlayın. İşdə kiçik problemlərə aldanaraq ciddi müşküllərin həllini təxirə salmayın. Karyera müstəvisində irəliləmək və gəlirləri əhəmiyyətli dərəcədə artırmaq şansları yaranır.
Axşam saatlarını sevdiyiniz insanla keçirin. Görüş xoş təəssürat yaradacaq.
Əkizlər - Önəmli, ciddi və əhəmiyyətli işə başlamayın. Bunun əvəzində əvvəllər başladığınız işləri başa vurun. Çalışdığınız yerdə qayda yaradın. Fikir və planlarda konkretliyə nail olun. Boş söhbətlər və sarsaq təkliflərə şirnikməyin. Yaxın ətrafınızdakı insanların davranışı, qəribə sualları fikrinizi yayındıra bilər. Başqasının problemlərinin həllinə aludə olmayın. Əks halda qıcıqlanacaq, stress vəziyyətinə düşəcəksiniz. Mənfi emosiyaların təsiri altına düşməyin, münaqişələrin yaranmasının qarşısını alın.
Günün ikinci yarısında səhhətinizdə kiçik problemlər yarana bilər. Zökəm istisna deyil. Özünüzü ifrat dərəcədə yormayın.
Xərçəng - Uğurlu və münasib gündür. Başladığınız işləri bitirin. Bədxahlarınızdan biri aktivliyinizi və səylərinizi dəyərləndirərək mövqeyini dəyişə bilər. Yeni müttəfiqlərə inanmağa tələsməyin. Köhnə dostlara yardım üçün müraciət edə bilərsiniz. Belə taktika uğurun rəhnidir.
Dəvət aldığınız toplantı, məclis, ziyafət, seminar və ya konfransa mütləq qatılın. Romantik görüş yaxşı keçəcək. Asudə vaxtınızı bilik, informasiya və təcrübənin əldə olunmasına sərf edin. Qazanacağınız vərdişlər karınıza gələcək.
Şir - Gün qarşınıza çətin məsələlər qoyur. Onların öhdəsindən gəlməyə can atın. İşgüzar tərəfdaşlarla dil tapmaq, planların reallaşmasına mane ola biləcək maneələri dəf etmək çətin deyil. İşdə rəhbərliklə mübahisə etməyin. Bilik və bacarıqlarınızı nümayiş etdirin. İşgüzar səfər və ya ezamiyyət yaxşı alınacaq.
Şəxsi münasibətlərdə təşəbbüs zamanıdır. Qətiyyətli və inadkar davranış hesabına çoxdankı arzularınızdan birini reallaşdıra bilərsiniz.
Gəlirlər olacaq. Alış-verişdə bədxərclik etməyin.
Qız - Darıxdırıcı və usandırıcı işlərin öhdəsindən belə, əzmlə gəlməyə çalışın. Köhnə dostlar, etibar etdiyiniz insanlar, müttəfiqlər sizə yardım edəcəklər. Onlar ən ağır, usandırıcı, darıxdırıcı işi görməyə hazırdır. Hesabatlar və biznes-planların hazırlanması, rəqiblərin kommersiya fəaliyyətinin araşdırılması üçün əlverişli zamandır. Bu minvalla dürüst strategiyaya nail ola bilərsiniz.
Günün ikinci yarısında qəfil, qiymətli hədiyyə ala bilərsiniz. Nəzərdə tutulmamış səfər, qəfil, amma çox cazibədar təklif istisna deyil.
Maraqlı tanışlıqlar ola bilər.
Tərəzi - Genişmiqyaslı anlaşmalar, yeni kommersiya layihəsini reallaşdırmaq üçün əlverişli zamandır. İşgüzar hissiyatınız qüsursuzdur. Hansı işin perspektivsiz, hansı işin isə mənasız olduğunu müəyyənləşdirin. Tərəfdaşlarla danışıqlar uğurla keçəcək. Fəqət, gərəkli nəticə tezliklə əldə olunmayacaq. Qətiyyətli və iradəli olun, mövqelərinizdən geri çəkilməyin. Bir qədər sonra sərfəli şərtlərə nail olacaqsınız.
Günün ikinci yarısı səfər və ya səyahət üçün əlverişlidir. Şəraitin dəyişməsi uğurlu, təəssüratlar isə yaxşı olacaq. Yeni tanışlıq və təmaslar istisna deyil.
Əqrəb - Soyuqqanlı və təmkinli davranaraq hər xırda işə görə sinirlənməsəniz, gün uğurlu keçəcək. Vaxtınızı boş söhbətlərə sərf etməyin. Bu gün sizinlə ünsiyyətdə olmaq istəyənlərin sayı yetərincədir. Fəqət belə söhbətlərdə faydalı az şey eşidəcəksiniz.
Yeni informasiya, bilik və məlumatların əldə olunması, sənədlərin öyrənilməsi, təcrübənin əxz edilməsi üçün sərfəli gündür.
Günün rejimini bəlirləyin. İstirahət azlığı və yuxusuzluq səhhətinizə mənfi təsir edə bilər. Məişət problemləri yarana bilər. Həmin problemləri müstəqil həll etməyə çalışmayın. Yardım üçün yaxınlarınıza müraciət edin.
Oxatan - Yeni və mühüm işə başlamaq üçün düşərli zamandır. Problemin həllinin ən effektiv variantını tapmaq, effektiv fəaliyyət planı hazırlamaq mümkündür. İntuisiyanıza güvənin. Onun siqnalları dəqiq və məntiqlidir. Yeniliklərlə maraqlanın, dünyagörüşünüzü artırın. Hadisələrə və nəsnələrə qeyri-standart baxışları ilə fərqlənən ağıllı, bilikli insanlarla tərəfdaş olmağa çalışın.
Sizə əziz olan şəxsdən günün ikinci yarısında önəmli xəbərlər alacaqsınız. Köhnə düşmənlər də özlərini xatırladacaqlar. Lakin onlar sizə ciddi maneələr yarada bilməyəcəklər. Romantik münasibətlərə başlamaq üçün əlverişli zamandır.
Oğlaq - Peşə fəaliyyətinizlə bağlı məsələlərin öhdəsindən sürətlə, vaxtında gəlməyə çalışın. Problemlərin həllini uzatmayın. Ciddi işgüzar məsələlərin müzakirəsi üçün əlverişli zamandır. Hüquqi məsələləri həll etmək olar. Küsənləri barışdırın, uzunmüddətli və məhsuldar əməkdaşlığı mümkün edəcək kompromissi tapın.
Günün ikinci yarısında sənədlərlə işləmək məsləhət deyil. Səhv və yanlışlıq riski çox yüksəkdir. Üstəlik, adi günlərdən fərqli olaraq daha tez yorulacaqsınız. Səfər və ya səyahət uğurlu alınacaq. Yolda maraqlı tanışlıqlar istisna deyil.
Dolça - Gün yetərincə gərgin ola bilər. Davranış modelini düzgün seçin, münaqişə və ya ciddi ixtilaflara səbəb olmayın. Anlaşma, sövdələşmə, genişmiqyaslı layihəyə başlamaq üçün əlverişli gün deyil. İşgüzar danışıqlar o qədər də məhsuldar deyil. Fəqət tərəfdaşlarda özünüzlə bağlı xoş rəy yarada biləcəksiniz. Sizi maraqlandıran məsələlərin müzakirəsinə bir qədər sonra qayıda bilərsiniz.
Ailədə mübahisə istisna deyil. Belə konfliktə istənilən formada xırdalıq və ya ani məqam səbəb ola bilər. Nikbin, gülərüz olun.
Balıqlar - İstənilən görüş, işgüzar və şəxsi məsələlərin müzakirəsi üçün əlverişli zamandır. Yeni məlumat asanlıqla əxz olunur. Başqasının təcrübəsindən yararlana bilərsiniz. Yaranmış situasiya ilə bağlı dolğun məlumata malik insanlara yardım üçün müraciət etməkdən çəkinməyin. Mühüm görüş planlaşdırıbsınızsa, xarici görünüşünüzə xüsusi fikir verin.
Şəxsi münasibətlərdə harmoniyaya nail olun. Ailəvi tədbirlər pis keçməyəcək.
Yaxınlarınızla mümkün qədər çox vaxt keçirin.
İraq valisindən İranın hücumuna reaksiya: "3-cü Dünya Savaşının astanasındayıq" - "Kürdlər bu müharibəyə qarışmamalıdır"
Gedson geri dönür - İllik 3 milyon avro maaşa
İRANA QARŞI MÜHARİBƏ: 2 mindən çox hədəf vurulub - İran isə ərəb ölkələrindəki hədəflərə zərbə endirir
Trampdan Hörmüz boğazı barədə mühüm xəbərdarlıq: "Gərəkirsə..."
İran Dubayda ABŞ konsulluğunun binasını vurub - FOTO
ABŞ və İsrail müharibəni dayandıracaq? - İran Müdafiə Nazirliyindən gözlənilməz anons verildi
İran: "ABŞ-ın ikinci THAAD hava müdafiə sistemini də vurduq"
ABŞ daha bir ölkədə səfirliyini qapatdı - İranın hücumuna görə
Tramp İran şahının oğlunun üzərindən xətt çəkdi, Avropa ölkəsini təhdid etdi: "İndi əsas məsələ..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qətər təkzib etdi: "İrana qarşı müharibəyə qatılmadıq"
Ramazanın 14-cü gününün duası: imsak və iftar vaxtı
“Qəlb cəbhəsi” kitabı təqdim olunub - FOTOLAR
"Gənclik" metro stansiyasını bulvara birləşdirəcək
REKTORLAR NİYƏ TOPLANDI? - Görüş + FOTOLAR
Pezeşkian: "Əsas sərvətimiz milli birliyimizdir"
Şamaxıdakı zəlzələdən sonra 600-ə yaxın afterşok qeydə alınıb
TRAMP İKİ GÜN ƏVVƏLKİ SÖZÜNÜ DANDI: "Dedim ki, daha çox gecdir"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Xəstə üçün toplanan pulu kartdan oğurlayan şəxs saxlanılıb
"TƏK BİR RAKETİMİZ İSRAİLƏ BƏS EDƏR" - Şimali Koreya lideri "İran istəsə, raketlər göndərəcəyik" vədi verdi
Abşeronda 38 yaşlı şəxs 15 kq narkotiklə saxlanılıb
Aktrisa direktoru məhkəməyə verdi - Töhməti ləğv etdirdi
Qar yağacaq - Xəbərdarlıq
Daha bir qrup müğənniyə efir qadağası qoyuldu - SİYAHI
BU MƏHKƏMƏLƏRƏ HAKİM TƏYİNATLARI OLDU - Sərəncam + SİYAHI
"Referans”ın baş həkimi şantajda ittiham olunub - Ülya Quliyeva həkimin telefonuna niyə təhdid mesajları atırmış?
Mərkəzi Bank "Fizza Pay"in vəzifəli şəxsini cərimələyib
Daxili işlər naziri Yevlaxda vətəndəşları qəbul edəcək - Bu tarixdə
İsrail ordusu İran prezidentinin iqamətgahını da vurub: "Həmin an iclas gedirdi..."
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Hüseyn Cavid - Azərbaycan romantizminin parlaq siması...
Ronaldo Səudiyyədən qaçdı - Müharibəyə görə
Arda Turanın tələbi rədd edildi - UEFA-dan qərar
İrana hücum: itkilərlə bağlı son statistika açıqlandı
İlin ilk Ay tutulması başlayıb
"Əməkdaşlar gəlib baxırdılar, lakin tədbir görülmürdü" - "Azərsu"nun qaynar xəttinə 3 dəfə zəng etmişəm, lakin bir nəticəsi olmayıb"
Sabah yağışlı hava olacaq - Proqnoz
ALİ MƏHKƏMƏ DAHA BİR MƏSƏLƏ BARƏDƏ VAHİD QƏRAR VERDİ - Detallar
İranda hərbi baza vurulub - On üç əsgər həlak olub
İlham Əliyev Avropa Komissiyasının komissarını qəbul edib - FOTOLAR