Koronovirusa yoluxan Xalq artistinin vəziyyəti stabilləşib 

img

01-04-2021 [12:49]


Koronovirusa (COVID-19) yoluxan Xalq artisti Bəsti Cəfərovanın vəziyyəti stabilləşib. 

Bu barədə APA-ya Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı məlumat verib. 

O bildirib ki, Xalq artistinin səhhətində müsbətə doğru irəliləyiş var: “Bəsti xanımın vəziyyəti stabilləşib. Üstündə telefonu olmadığına görə, onun özü ilə danışmaq imkanımız yoxdur. Qızının verdiyi məlumata görə, dünənlə müqayisədə qızdırması düşüb, artıq rahat ünsiyyət qura bilir. Süni nəfəs cihazından da bu gün ayırıblar. Yemək yeyir, halsızlığı yoxdur. Müalicələri “Yeni klinika”da davam edir”.

Qeyd edək ki, Xalq artisti Bəsti Cəfərova martın 31-də koronavirus (COVID-19) diaqnozu ilə xəstəxanaya yerləşdirilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq