Sumqayıtın informasiya portalı artıq 3 dildə fəaliyyət göstərir

img

26-12-2013 [13:00]


Sumqayıtın informasiya portalı olan "Xəbərlə” (www.xeberle.com) artıq 3 dildə (Azərbaycan, ingilis, rus) fəaliyyətini davam etdirir. Bu barədə portalın həmtəsisçisi Elnur Ağayev məlumat verib.

"Ötən ilin iyun ayından fəaliyyətə başlayan "Xəbərlə” nəinki Sumqayıtda, eləcə də ölkəmizdə və regionda baş verən hadisələri oxucularının diqqətinə opreativ və dolğun şəkildə çatdırmağa çalışır. Portalın əsas məqsədi, əsasən, Sumqayıt şəhərinin ictimai, siyasi, sosial və mədəni həyatında baş verən olayları: problem və dəyişiklikləri oxucularına təqdim etməkdir. Amma portal bununla kifayətlənməyərək ümumən ölkədə, bölgələrimizdə və dünyada baş verən ən mühüm xəbərləri də işqlandırmağı məqsədəuyğun hesab edir. "Xəbərlə" gündəlik xəbər yayımı və istehsalı ilə bərabər, oxucularına həm də müxtəlif video və fotoreportajlar, araşdırmalar, müsahibələr, sosioloji rəy sorğuları, siyasətdən şou-biznesə, idmandan texnologiyalara qədər geniş bucaqda materiallar təqdim edir”, - deyə E.Ağayev söyləyib.
Yeri gəlmişkən, artıq portalın wap versiyası da istifadəyə verilib. Daha çox telefon və smartfonlardan istifadə edən oxucular wap.xeberle.com yazaraq xəbərləri wap versiyada da izləyə bilərlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR