Bəxtiyar Hacıyev Səbinə Əliyeva ilə görüşdü: "Ombudsman Aparatı hüquq-mühafizə, istintaq orqanı deyil, ancaq..."

img

12-03-2021 [17:30]


İctimai fəal Bəxtiyar Hacıyev Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva ilə görüşüb.

Mia.az xəbər verir ki, bu barədə B.Hacıyev feysbuk hesabında yazıb.

O bildirib ki, bu gün son hadisələrlə bağlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə xanım Əliyeva ilə görüşüb: "Məni qəbul etdi, dinlədi, qeydlər apardı və şikayətimi qəbul edərək ən qısa zamanda səlahiyyətləri çərçivəsində məsələni nəzarətdə saxlayacağını, hüquq-mühafizə orqanlarına müvafiq müraciətlər edəcəyini bildirdi...

Ombudsman Aparatı hüquq-mühafizə, istintaq orqanı deyil, ancaq hər bir halda Səbinə xanımın operativ reaksiyası və insani münasibətini görmək xoş oldu".

Qeyd edək ki, sosial şəbəkələrdə B.Hacıyevə aid olduğu iddia edilən şəxsi mesajlar və səs yazıları yayılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR