Bakıda politoloq rüşvətdə ittiham edilir - FOTO

img

11-03-2021 [10:08]


Sabunçu rayon Bakıxanov bələdiyyəsinin sədr müavini Orxan Daşdəmirli barəsində cinayət işi başlanılıb.

Mia.az “Report”a istinadla xəbər verir ki, bundan sonra O.Daşdəmirli sədr müavini vəzifəsindən öz ərizəsi ilə çıxıb.

Rüşvətvermə ittihamı ilə bağlı cinayət işinin ibtidai istintaqı başa çatıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İşə hakim Azər Paşayevin icraatında baxılacaq. Hazırlıq iclası martın 18-də keçiriləcək.

İş üzrə digər təqsirləndirilən şəxs Babayev İlkin Əbülfəz oğludur.

Hər iki şəxsə Cinayət Məcəlləsinin 312.2-ci (Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddəsi ilə ititham verilib.

O.Daşdəmirli KİV-də politoloq qismində siyasi şərhlərlə də çıxış edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA