Daha iki partiyaya ofis ayrılacaq - Rəsmi açıqlama

img

09-03-2021 [16:34]


Ötən il dövlət və qeyri-hökumət təşkilatlardan, habelə siyasi partiyalardan bina və qeyri-yaşayış və torpaq sahəsi ilə təmin olunmalarına dair 49 müraciət daxil olub.

Bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib. 

Hesabatda qeyd olunub ki, bu müraciətlərin 24-ü üzrə həmin təşkilatların yerləşdirilməsi təmin edilib.

Bu sırada 16 siyasi partiyanın fəaliyyəti üçün ofislə bağlı müraciətllərin 14-ü müsbət həll edilərək müvafiq partiyalara müasir iş şəraiti ilə təmin olunmuş sahələr icarəyə verilmiş, digər 2 müraciət üzrə hazırlıq işləri başa çatdıqdan sonra ofis üçün bina sahələrinin ayrılması təmin olunacaq/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA