Almaniya səfiri: "Məcburi köçkünlərin qaytarılması barışıqda həlledici rol oynayacaq"

img

09-03-2021 [11:58]


Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyevlə görüşüb.

Mia.az xəbər verir ki, bu barədə diplomat tvitter səhifəsində yazıb.

“Azərbaycan parlamentinin deputatı, Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyevlə çox mənalı görüş baş tutdu. Məcburi köçkünlərin geri qaytarılması bütün Qarabağ sakinləri üçün dostluq şəraitində birgə yaşayış və barışıqda həlledici rol oynayacaq”, - o, bildirib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA