Azərbaycanda daha 353 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib - Qərargah son məlumatı yaydı

img

06-03-2021 [17:03]


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 353 yeni yoluxma faktı qeydə alınıb, 149 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mia.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 236 365 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 229 591 nəfər müalicə olunaraq sağalıb, 3 238 nəfər vəfat edib, aktiv xəstə sayı 3 536 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 436, bu günə qədər isə ümumilikdə 2 645 206 test icra olunub".


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA