Ramil Şeydayevlə "Sabah" klubu arasında qalmaqal yaranıb

img

06-03-2021 [14:18]


Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin klubu “Sabah”da işləri yolunda getmir.

Məlumata görə, 25 yaşlı forvard artıq paytaxt klubunun əsas komandasına da düşməkdə çətinlik çəkir.

AFFA-nın böyük səylə milliləşdirdiyi və yığmanın aparıcı hücumçusuna çevirdiyi Şeydayev “Sabah”ın ikinci komandasına qədər düşüb. Forvard birinci divizionun XVI turu çərçivəsində bu gün “Qaradağ Lökbatan”la keçiriləcək görüşdə “Sabah-2”nin start heyətində meydana çıxacaq.

Qeyd edək ki, “Sabah-2” – “Qaradağ Lökbatan” oyunu saat 15:00-da başlayacaq.

ApaSport


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA