İnternet qiymətinin salınması üçün planlar hazırlanır

img

23-12-2013 [13:26]


"Azərbaycanda internet xidmətlərinin ucuzlaşdırılması istiqamətində dövlət tərəfindən yeni tədbirlər planı hazırlanır". Bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə açıqlamasında deyib. Nazir internetin qiymətlərində mütəmadi ucuzlaşma getdiyini qeyd edib. 
Onun sözlərinə görə, internet xidmətləri adətən bazarda dövlət tərəfindən tənzimlənməyən xidmətlərdir. "Lakin internet tariflərinin ucuzlaşmasında dövlətin də rolu var. Biz bu xidmətlərin qiymətlərinin aşağı salınması üçün planlar hazırlamışıq. Yəqin ki, yaxın vaxtlarda açıqlanacaq".

Ə.Abbasov Azərbaycanın ilk süni peykindən təkcə bu ilin 6 ayında təxminən 10 milyon dollar ixrac potensialından gəlir əldə etdiyini deyib. "Peykdən istifadədə əsasən Şimali Afrika, Mərkəzi Asiya və Şərqi Avropa ölkələri maraqlıdır".

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA