Daha iki partiya YAP-a birləşmək qərarı verdi - Açıqlama

img

04-03-2021 [17:12]


Yeni Azərbaycan Partiyasına (YAP) qoşulmaq qərarı vermiş daha bir partiyanın adı məlum olub. 

Məlumatına görə, Azərbaycan Demokratik Sahibkarlar Partiyası da YAP-a qoşulmaq üçün müraciət edib.

Azərbaycan Demokratik Sahibkarlar Partiyasının sədri Qasım Qasımov agentliyə açıqlamasında məlumatı təsdiqləyib.

Onun sözlərinə görə, bu barədə qərar martın 2-də partiyanın videokonfrans formatında keçirilmiş qurultayında qəbul edilib/APA.

Bu partiya ilə yanaşı, Azərbaycan Xalq Demokratik Partiyası da Yeni Azərbaycan Partiyasına (YAP) qoşulma qərarnı verib.

Bu barədə partiyanın sədri Rafiq Turabxan məlumat verib.

Onun sözlərinə görə, bu barədə dünən partiyanın video-konfrans formatında keçirilən qurultayında qərar qəbul edilib.

Xatırladaq ki, bundan əvvəl  Yurddaş və Milli Qurtuluş partiyaları da YAP-a birləşmək qərarı veriblər.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA