Ankarada Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub

img

03-03-2021 [17:39]


Gürcüstanın xarici işlər naziri David Zalkaliani türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə Ankarada keçirdiyi görüşdə regional layihələri müzakirə edib.

Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Tərəflər Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılması Türkiyə və Gürcüstanın enerji təhlükəsizliyini gücləndirəcək və Xəzər dənizi bölgəsindən Avropa bazarına əlavə həcmdə enerji daşıyıcılarının tədarükünü təmin edəcək.

XİN başçıları inkişaf perspektivləri olan Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatını da nəzərdən keçiriblər. Tərəflər regional əməkdaşlığın inkişafı ilə bağlı razılığa gəliblər./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA