Daha bir toy yarımçıq dayandırıldı - İştirakçılar cərimə olunub

img

03-03-2021 [13:07]


Şamaxıda “Şirvangöl” restoranında xüsusi karantin rejimi qaydalarına zidd olaraq, gizli şəkildə toy məclisi təşkil edilməsi barədə rayon Polis Şöbəsinə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Mia.az-a verilən məlumata görə, polislər tərəfindən həmin obyektə baxış keçirilən zaman orada 50-yə yaxın şəxsin biryerə toplaşaraq məclisdə iştirak etdiyi aşkar olunub.

Restoranı işlədən Kənan Fərmanov və məclisi təşkil edən 13 nəfər barəsində qanunverciliyə uyğun tədbir görülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA