Vüqar Rəhimzadə: "Azərbaycan meydana çıxa biləcək hər hansı təhdidlərin qarşısını qətiyyətlə almağa qadirdir"
02-03-2021 [12:47]
“Möhtərəm Prezidentimiz İlham Əliyevin Xocalı soyqırımının 29-cu ildönümü günündə yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı çox mühüm məqamlarla yadda qalan böyük bir siyasi hadisə oldu. Mətbuat konfransında işğalçı Ermənistana və dünyaya ünvanlanan mesajlar bugünümüz üçün son dərəcə vacib məsələlərin aydın mənzərəsini yaratdı.”
Mia.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
V.Rəhimzadə dövlətimizin başçısının keçirdiyi mətbuat konfransı ilə bağlı bir neçə mühüm məqamlara diqqəti yönəldərək bildirib ki, 10 noyabr üçtərəfli Bəyanatının imzalanması dünyaya Azərbaycanın hərbi və siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təqdimatıdır: “Bəyanatın imzalanmasından ötən müddətdə razılaşmanın bütün müddəaları icra olunmaqdadır. Sülhməramlıların yerləşdirilməsi, Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması, 9-cu bəndə uyğun olaraq tərəflər arasında iqtisadi əlaqələrin qurulması, yeni əməkdaşlıq formatlarının yaradılması istiqamətində addımların atılması və sair mühüm məsələlər sırasındandır. Prezident İlham Əliyev mətbuat konfransında sülhməramlıların fəaliyyəti, onların mandatı, gördükləri və qarşıdakı beş ildə görəcəkləri işlərlə bağlı məqamları konkret fikirlərlə ifadə edərək hazırda sual doğuran məsələləri də cavablandırdı. Əcnəbi hərbçilərin regionda müşahidəçi olaraq qalması məsələsinə münasibət bildirən Prezident bildirdi ki, onların Azərbaycan ərazisində fəaliyyət göstərməsi müvəqqəti xarakter daşıyır.”
Baş redaktor 10 noyabr Bəyanatının tələblərinə uyğun olaraq bölgədə Rusiya sülhməramlılarının fəaliyyətinin beş il müddətinə nəzərdə tutulduğunu önə çəkərək dövlətimizin başçısının mətbuat konfransında diqqət yönəltdiyi və bugünümüz üçün narahatlıq doğuran suallara da aydınlıq gətirdiyini diqqətə çatdırıb: “Prezidentin mətbuat
konfransında sülhməramlıların fəaliyyəti ilə bağlı narahatlıq doğuran məsələlərə münasibətindən məlum oldu ki, hazırda Laçın dəhlizində Azərbaycanın suverenliyinin bərpa olunması, bütün sərhədlərin demarkasiyası və demilitasiyası, qaçqın və məcburi köçkünlərin geri qaytarılması və sair kimi məsələlər ciddi müzakirə mövzusudur. Dövlətimizin başçısı, həmçinin hələ də bəzi beynəlxalq dairələr tərəfindən tez-tez gündəmə gətirilən Dağlıq Qarabağın statusu məsələsinə də münasibətini açıqladı. Bildirdi ki, statusun ünvanı göstərilib. Ermənistan və erməni xalqı üçün bu məsələ nə qədər az dilə gətirilərsə, o qədər də yaxşı olar. Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır. Bu gün, ümumiyyətlə, Dağlıq Qarabağ ifadəsini də işlətməməliyik. Qarabağ aranlı-dağlı Azərbaycanın ayrılmaz hissəsidir.”
V.Rəhimzadə diqqəti son zamanlar ATƏT-in Minsk qrupunun vasitəçiliyinin yenidən gündəmə gətirilməsinə göstərilən cəhdlərə yönəldib: “Moskvanın əvvəllər Türkiyə, Azərbaycan, Rusiya və Ermənistan formuluna üstünlük verdiyi halda artıq bu gün ATƏT-in mandatından istifadə məsələsini qabartması təəssüf doğurur. Ermənistan və ona dəstək verən dövlətlər ilk gündən Türkiyənin bu proseslərdə iştirakının əleyhinə olublar və bu gün də bu yanaşma özünü göstərməkdədir. Azərbaycan həmişə dost, qardaş Türkiyəni yanında görüb, daim onun sülhyaratma prosesində iştirakının vacibliyini bildirib. Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması da deyilənlərin təsdiqidir. Azərbaycan tərəfi ümidvardır ki, Rusiya sülhməramlıları üzərlərinə düşən missiyanı layiqincə yerinə yetirəcək, bölgədə sülh, təhlükəsizlik təmin olunacaq, soydaşlarımızın işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışı reallaşacaq. Bunun üçün işğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi əsasdır. Lakin, Ermənistanın xəritələri verməməsi bu prosesi uzadır. Düşünürük ki, bəzi məqamlarda mandatından istifadənin vacibliyi önə çəkilən ATƏT-in Minsk qrupunun həmsədrləri bu xəritələrin verilməsinə cəhdlər göstərməli, ərazilərimizin tez bir zamanda minalardan təmizlənməsinə dəstək olmalıdırlar.”
Baş redaktor bu məqamı da xüsusi qeyd edib ki, Azərbaycan Prezidenti perspektivlərdən bəhs etdiyi halda, Ermənistan tərəfinin bunun əksinə yönələn pozucu, aqressiv yanaşması rəsmi Yerevanın mənfur niyyətini açıq şəkildə nümayiş etdirir: “Əgər Ermənistan Xarici İşlər Nazirliyinin nümayəndəsi ordularının müasirləşdirilməsi yolu ilə revanşizm mövqeyindən çıxış edirsə, artıq bu, onun təsdiqidir ki, 44 günlük İkinci Qarabağ müharibəsinin dərslərindən nəticə çıxarmaq istəmir. Eyni zamanda, hazırda işğalçı dövlətin yaşadığı siyasi böhran göz önündədir. Azərbaycanın illərdir Ermənistanı işğalçılıq siyasəti ucbatından bütün qlobal enerji layihələrindən təcrid vəziyyətə salması düşmən ölkənin iqtisadi böhran içərisində çapalaması ilə müşayiət olunur. Ermənistanın revanşist cəhdləri bir daha bu dövlətin təcavüzdən, düşmənçilikdən, nifaqdan uzaq olmaq istəmədiyini təsdiqləyir. Dünya bu kimi cəhdləri görüb susursa artıq geniş şərhə ehtiyac duymuruq. Ermənistan yenidən bu yolu tutarsa, ən acınacaqlı vəziyyəti yaşayacaq.”
Vüqar Rəhimzadə Ermənistanın hansı addımları atmasına və ona havadarlıq edən dövlətlərin dəstəyinə baxmayaraq, Azərbaycanın hər zaman beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyini və ərazi bütövlüyünü təmin etməyə hazır, meydana çıxa biləcək hər hansı təhdidlərin qarşısını qətiyyətlə almağa qadir olduğunu bildirib
“GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək
Sabahın hava proqnozu açıqlandı
Şolts: "Bakıda noyabrda keçiriləcək COP29 da uğurlu olacaq"
XİN sözçüsündən Avropa Parlamentinin qətnaməsinə reaksiya: "Bu, açıq siyasi sifarişindən başqa bir şey deyil"
Sensasion olay: partiya fəalı şantaj üçün özünü yerə atdı və... - Ancaq telefon çəkilişi iyrənc niyyəti deşifrə edib (VİDEO, FOTOLAR)
Şirvanda əməliyyat: saxlanılanlar var - FOTO
Nəsimi rayonunda akademik Zərifə Əliyevaya həsr olunmuş adlı tədbir keçirilib - FOTOLAR
İLHAM ƏLİYEV BERLİNDƏ TƏDBİRDƏ - FOTOLAR (Yenilənib)
“Neftçi”nin şikayətinə "yox" deyildi
Kılıçdaroğlu CHP sədrinə "təpindi": "Sarayla müzakirə deyil, mübarizə apararlar" - "Ərdoğanın qərarlarına ortaq olma"
MOSSAD HƏMAS LİDERLƏRİNİ ÖLDÜRMƏLİ, QƏZZA İSƏ YOX EDİLMƏLİDİR" - İsrailli nazir hökumətə səsləndi
Azərbaycan hökuməti Qorxmaz İbrahimliyə cərimə ödəyəcək - Qərar
"Yeni Klinika"da müəmma: mühafizə rəisi tutulub - Baş direktorun qohumu nədə ittiham olunur?
Nazir, komitə sədri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)
Zəlimxan Məmmədlinin Gürcüstana giriş qadağası ləğv olundu: "İlham Əliyevə yurd həsrətimə son qoyduğu üçün..."
Azərbaycan nefti ucuzlaşıb
"Qəssam tuqayları": "İsrailin nəzarət postunu vurduq" - Bölgənin böyük hissəsində internet və rabitə yenə kəsilib
Türkiyə super liqası: ilk 5-lik və 1-ci liqaya yuvarlanacaq komandalar.. - Proqnoz verildi
"Qalatasaray"ın qapçısı yığma komanda ilə vidalaşdı
Füzuliyə daha 39 ailədən ibarət 140 nəfər köçürülüb
TRT 1-də yayımlanan serialın arxa planında rüsvayçılıq: 21 yaşlı saç ustasını zorlamaq istəyiblər
İsveç Latviyaya qoşun göndərəcək - Baş nazirdən açıqlama
ABŞ Suriyadakı bazalarını gücləndirir - 40 zirehli maşınla əlavə canlı qüvvə göndərilib
Rəsmi Moskvadan Baydenin gizli qərarına reaksiya: "Bu, Ukrayna üçün daha çox problem yaradacaq”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Keçmiş klub prezidenti həbs edilib
Aprel çağırışı yekunlaşır - Xidmətdən açıqlama (FOTO)
Prezidentin köməkçiləri, şöbə müdirləri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
"Bakcell" ilə innovasiya dövrü başlayır - Açıqlama (FOTOLAR)
Xankəndidə yenə silah-sursat tapılıb
DSMF sədri də vəzifədən çıxarıldı
Energetika Nazirliyində Macarıstan XİN başçısı ilə görüş olub
Elnur Əliyev: "Azərbaycan inkişafının yeni mərhələsinə qədəm qoyub"
AĞACLARI KƏSİR, SONRA TİKİNTİ APARIRLAR: Yaşıllaşdırma idarəsi isə... - Bakıda daha bir yaşıl soyqırıma nazirlikdən gecikmiş reaksiya (FOTOLAR)
Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edilib - FOTO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Buraxılış imtahanlarında ən yüksək nəticənı hansı rayonların şagirdləri göstərib? - DETALLAR
Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb