Azərbaycanın ümumtəhsil məktəblərində iş və tətil günlərinin tarixi açıqlanıb

img

20-12-2013 [15:04]



Təhsil Nazirliyi ümumtəhsil məktəblərində iş və tətil günlərinin tarixini açıqlayıb. "Azərbaycan müəllimi” qəzetinin verdiyi məlumata görə, Nazirlər Kabinetinin 11.12.2013-cü il tarixli qərarına uyğun olaraq, ümumtəhsil məktəblərinin iş və tətil günləri müəyyənləşdirilib. Belə ki, beş günlük iş həftəsi ilə işləyən məktəblərdə qış tətili 29 dekabr - 06 yanvar tarixlərində olacaq. I yarımilin son dərs günü dekabrın 28-nə, II yarımilin ilk dərs günü isə yanvarın 7-nə təsadüf edəcək.

Altı günlük iş həftəsi ilə işləyən məktəblərdə isə qış tətili 30 dekabr - 06 yanvar tarixlərində olacaq. Onlarda I yarımilin son dərs günü dekabrın 29-na, II yarımilin ilk dərs günü isə yanvarın 7-nə təsadüf edəcək(apa).


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA