Məhkəmə: "Sabiq prezident Sarkozi həbsxanaya göndərilməyəcək"

img

02-03-2021 [10:40]


Korrupsiyada ittiham edilən Fransanın sabiq Prezidenti Nikola Sarkozi həbsxanaya göndərilməyəcək.

“BFMTV” kanalı xəbər verir ki, bu barədə Paris Məhkəməsi qərar qəbul edib.

Bildirilib ki, Sarkozi evdə elektron nəzarət altında olacaq. Sonrakı şərtlər hakim tərəfindən müəyyənləşdiriləcək/APA.

Xatırladaq ki, məhkəmədə Milli Maliyyə Prokurorluğu Sarkozinin 4 il həbs cəzasına məhkum edilməsini istəyib. Hakim isə bir ilini həbsxanada çəkməklə, sabiq prezidentə 3 ilə cəza kəsib.

Sarkozi isə öz növbəsində heç vaxt qanunun aliliyi prinsiplərinə zidd hərəkətlər etmədiyini deyib. 

Qeyd edək ki, hakim prosesi ölkə tarixinə düşəcək skandal adlandırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR