20-12-2013 [15:03]
Gülən camaatının Ərdoğana qarşı "səlib yürüşü”ndə qazanan tərəf olmayacaq, kimin daha böyük zərbə alacağını isə zaman göstərəcək
Xəbər verildiyi kimi, dekabrın 17-də Türkiyə polisi rüşvət və qaçaqmalçılıq ittihamı ilə həbslər həyata keçirib. Qəfil başlayan əməliyyatlar nəticəsində çoxlu sayda sürpriz adlar da daxil olmaqla 18 nəfər saxlanılıb. Saxlanılanlar arasında Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan, daxili işlər naziri Müəmmər Gülər və ətraf mühit və şəhər naziri Ərdoğan Bayrakdarın oğlanları da var.
Ancaq həbslər dalğası sonrakı günlərdə də davam etdi. Bundan başqa Türkiyənin tanınmış iş adamı, tikinti maqnatı Əli Ağaoğlu, Azərbaycan əsilli iş adamı, müğənni Ebru Gündəşin həyat yoldaşı Rza Zərrab və digərləri, o cümlədən dövlətə məxsus "Halk Bank”da axtarış aparılıb, bankın rəhbəri həbs olunub, evində axtarış aparılıb. Milliyətcə azərbaycanlı olan iranlı iş adamı Rza Zərrab çirkli pulların yuyulması, İrandan böyük miqdarda maliyyə vəsaitinin Türkiyəyə şübhəli transferi, külçə qızılların qaçaqmalçılığı, saxta sənədlər hazırlamaq, vəzifəli şəxslərə rüşvət vermək kimi ağır cinayətlərdə ittiham edilir.
Rza Zərrab 2009-2012-ci illərdə qurduğu şirkətlər vasitəsilə İrandan 87 milyard avro məbləğində vəsaitin Türkiyəyə transferində vasitəçi olub. Türkiyə Maliyyə Cinayətlərini Araşdırma Qurumu (MASAK) bununla bağlı araşdırma aparılması üçün İstanbul Əmniyyət Müdirliyinə (polis idarəsi) raport göndərib. Əməliyyat 2011-ci il dekabrın 14-də İstanbuldan Rusiyaya gedən 3 azərbaycanlı və bir iranlının üzərində "Vnukovo” hava limanında 14,5 milyon dollar və 4 milyon avro nəğd pulun aşkarlanması ilə başlayıb. Rusiya Federal Gömrük Xidməti məsələ ilə əlaqədar Türkiyə tərəfindən müraciət edərək olayın araşdırılmasını istəyib. Türkiyə polisi hərəkətə keçərək ilkin mərhələdə İstanbulun Tahtakale səmtində bir valyutadəyişmə məntəqəsinin sahibini və 14 işçisini həbs edib. Bu şəxslərin 37 dəfə Rusiyaya 40 milyon dollar və 10 milyon avro nağd pul apardıqları müəyyənləşib. Bu pulların azərbaycanlı iş adamları A. Nizami, H. Surxay və B. Vidadiyə aid olduğu aşkara çıxarılıb. Pulların Dubaydan Türkiyəyə gətirildiyi və Rusiyaya göndərildiyi müəyyən edilib. İstanbul polisi kuryerləri sərbəst buraxıb və adı çəkilən 3 azərbaycanlı iş adamını beynəlxalq axtarışa verib.
Məlum olub ki, Türkiyədə qurulmuş, kağız üzərindəki 3 xəyali şirkəti araşdıran maliyyə müfəttişləri İrandan çox böyük miqdarda pul transferinin gerçəkləşdirildiyini ortaya çıxarıblar. Adəm G. və Vidadi B. tərəfindən qurulan "Cihan Kiymetli Madenler”, "Deniz Kiymetli Madenler” və "Kapital Kiymetli Madenler” adlı bu şirkətlərə 2009-2012-ci illər ərzində İran Millət Bankı vasitəsilə 87 milyard avro köçürüldüyü, şirkətləri R. Zərrabın qurdurduğu və idarə etdiyi ortaya çıxarılıb. Şirkətlərin "Garanti”, "Küveyt Türk” bankları, "Denizbank” və "Aktif Bank”dakı hesabları araşdırılıb və bu hesabların hər birinə gündə təxminən 5 milyon avro köçürüldüyü bəlli olub. Vergi idarələrində bu şirkətlərin heç bir borcunun olmaması müfəttişləri təəccübləndirib. Saxlanılan Adəm G. ifadəsində pul transferi barədə təlimatların İrandan gəldiyini söyləyib.
R. Zərrabı 2011-ci ilin dekabrından bəri izləyən Türkiyə polisi iş adamının qanunsuz qızıl ixracatı ilə məşğul olduğunu da aşkarlayıb. Onun dövlət məmurlarına rüşvət verərək 1,5 ton qızılı ölkə xaricinə çıxardığı, verdiyi rüşvətin həcminin on milyonlarla dollar olduğu bildirilir. Ancaq o da məlum olub ki, Rza Zərrab İranın Türkiyə ilə qaz əvəzinə qızıl ödənilməsi ticarətində önəmli fiqurlardan olub. Maraqlıdır ki, "Todays Zaman” qəzeti Rza Zərrabın polisdə ifadəsi zamanı tapşırıqları İran və Azərbaycandan aldığını bildirdiyini, ancaq konkret adlar çəkmədiyi haqda məlumat yayıb.
Qeyd edək ki, saxlanılanların 12 nəfəri azadlığa buraxılsa da, hazırda iş üzrə onlarla şəxs dindirilir. Türkiyə mətbuatı əməliyyat nəticəsində həbs olunan məşhurların adlarını yayıb. Bunlar:
Barış Gülər–Daxili işlər naziri Mühəmmər Gülərin oğlu
Salih Kaan Çağlayan–İqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu
Abdullah Oğuz Bayraktar–Ekologiya və şəhərsalma naziri Ərdoğan Bayraktarın oğlu
Əli Ağaoğlu–Türkiyənin ən böyük və zəngin iş adamlarından biri
Rza Zərrab–kökənli iş adamı
Mustafa Dəmir–Fatih Bələdiyyə başçısı
Süleyman Aslan–"Xalq Bank"ın baş drektoru
Mehmet Ali Kahraman–Ekologiya Nazirliyinin Aparat rəhbəri
Sadiq Soylu-Ekologiya Nazirliyinin sözçüsü
Müstafa Behçet Kaynar–Ekologiya nazirinin sözçüsü
Onur Kaya-Ekologiya nazirinin sözçüsü
Taş Yapının sahibi – Emrullah Turanlı
Qeyd edək ki, hazırda əməliyyatlar davam edir. Bu səbəbdən saxlanılanların sayının artacağı istisna olunmur. Ancaq Türkiyədə baş verən silsilə həbslərin daha çox siyasi yönü müzakirələrə səbəb olub. Məsələ burasındadır ki, artıq bu həbslərin Fətullah Gülən camaatı ilə AKP hökuməti arasında, daha doğrusu Ərdoğan komandası arasında savaşın təzahürü kimi qiymətləndirilir. Qeyd edək ki, uzun illər bərabər hərəkət edən camaat və Ərdoğan komandası bir bütün hesab olunurdu. Ərdoğanın seçkilərdə qələbəsi, həmçinin Türkiyədə dünyəvi, Atatürkçü elitanın, generalitetin çökdürülməsi kimi irimiqyaslı əməliyyatlarda camaat və Ərdoğan birgə olublar. Ancaq sonrakı illərdə həddən artıq böyüyən, dövlətin əsas güc strukturlarında kök atan, iqtisadi gücü xeyli böyüyən camaatla hökumət arasında fikir ayrılıqları yarandı. 2011-cu ildə Türkiyəninin Qəzzaya yardım aparan gəmisinin İsrail tərəfindən ələ keçirilməsi hadisəsi və 9 nəfər türkün öldürülməsi zamanı Fətullah Gülənin Ərdoğanı günahlandırması camaatla AKP arasında münasibətlərin soyuq olduğunu ortaya qoyurdu.
Ancaq camaat-AKP qarşıdurması bu ilin fevralında PKK və hökumət, daha doğrusu MİT (Milli İstihbarat Təşkilatı) arasında gizli danışıqların mətbuata sızdırılmasından (bu hadisənin özü qurulmuş tələ idi. red) MMİT rəhbəri, Ərdoğanın çox yaxın adamı Hakan Fidanın istintaqa çağırılması idi. Vəziyyət o qədər gərginləşdi ki, Ərdoğan parlamentdə MİT rəhbərini qoruyan yeni qanun qəbul etdirdi, bu qanuna görə MİT rəhbəri yalnız baş nazirin razılığı ilə istintaqa çağırıla bilərdi. Ancaq bu zaman aydın oldu ki, camaat və AKP arasında əlaqələr artıq qopub. Bu ilin payızında isə hökumət Gülən camaatının əsas şəbəkəsi hesab olunan dərsanələrin (univeristetə hazırlıq kursları) qapadılması ilə bağlı kampaniya başlatdı. Bu hadisə camaat mediasının ciddi təpkisinə səbəb olsa da, hökumət geri çəkilmədi, ancaq sonradan qərara alındı ki, dərsanələr 2015-ci ilə qədər fəaliyyətini davam etdirəcək.
Dekabrın 16-da isə qəflətən AKP-dən olan millət vəkili, keçmiş futbolçu Hakan Şükür partiyasından istefa verərək Fətullah Güləni dəstəkləyən bəyanat verdi. Bundan az sonra isə artıq Türkiyədə geniş miqyaslı həbslər haqda xəbərlər yayılmağa başladı. Bu isə onu göstərir ki, H.Şükürün nümayişkaranə istefası və ardınca başlayan həbslər planlaşdırılmış qisas əməliyyatı olub. Eyni zamanda bu həbslər zamanı nazir övladlarının, xüsusən də polisə rəhbərlik edən daxili işlər nazirinin oğlunun həbs olunması və nazir Müəmmar Gülərin bu hadisədən, ümumiyyətlə bu əməliyyatdan xəbərsiz olması bu prosesin hökumətə qarşı hücum əməliyyatı olduğunu nümayiş etdirir. Bundan başqa az sonra İstanbul Baş Polis İdarəsinin rəisi, o cümlədən 5 şöbə rəisinin işdən azad edilməsi onu göstərir ki, hökumət də artıq hərəkətə keçərək polisdəki camaat adamlarını və yaxud da lazımı anda hökumətə sədaqətli ola bilməyən kadrları təmizləməyə başlayıb. Ancaq hazırda bu istiqamətdə durum xeyli dərəcədə mürəkkəbdir, çünki AKP komandasında kimlərin camaat adamı olması və ya Ərdoğançı olması özü mübhəm bir məsələdir. Çünki uzun illər davam edən birlikdəlik nəticəsində AKP və camaat xeyli dərəcədə bir birinə qaynayıb qarışıb. İndi neçə deyərlər bir qələmlə onları ayırmaq, hətta Ərdoğan üçün xeyli dərəcədə çətin olacaq və ya uzun zaman tələb edəcək. Ancaq təcrübəli siyasətçi və uzun illər Türkiyəni idarə edən hakimiyyət adamı kimi, Ərdoğanın F.Gülənə asanlıqla təslim olmayacağı gözlənilir. Hökumətdə təmizlənmə aparılacağı ilə bağlı anonsa artıq verilib, eyni zamanda barələrində ittihamlar irəli sürülən nazirlər istefaya hazır olduqlarını bəyan ediblər. Ancaq dekabrın 19-da Amerikada F.Gülən məktəblərində polisin yoxlamalara başlaması bir qədər gözlənilməz oldu. Bu hadisə təsadüf də ola bilər, ancaq bir fakt məlumdur ki, Ərdoğan camaata davam gətirə bilsə, bu savaş digər ölkələrə də sıçrayacaq və camaata məxsus biznes və təhsil imperiyasına ağır zərbələr vura bilər.
İstənilən halda, bu toqquşma Türkiyədə iki güclü qüvvəni – camaat və AKP-ni zəiflədir. Nəzərə alsaq ki, gələn ilin əvvəlində Türkiyədə yerli seçkilər keçiriləcək, o zaman bu savaşın daha ağır nəticələrindən danışa bilərik. Ancaq bu "savaşın” Türkiyə dövləti üçün müəyyən müsbət tərəflərini də qeyd etməmək olmaz. İlk növbədə onu qeyd etmək lazımdır ki, bu günə qədər camaatla birləşərək bütün rəqiblərini əzən Ərdoğan artıq ehtiyatlı siyasi xətt yürütməyə məcbur olacaq. Dekabrın 19-da məhkəmənin "28 şubat prosesi” ilə bağlı həbsdə olan generalların azadlığa buraxılması bunun bariz nümunəsi idi. Eyni zamanda bu savaş nəticəsində dövlət aparatında və biznes sektorunda şəbəkələşən Gülən camaatının zəiflədilməsi sonunda dövlətin dayaqlarının möhkəmlənməsinə səbəb ola bilər. Çünki son hadisələr də göstərdi ki, camaat xeyli dərəcədə dövlət içərisində kök ataraq dövlət aparatının fəaliyyətinə maneə yaradır.
İndi hər şey tərəflərin reaksiyası, vəziyyətdən çıxmaq üçün atacağı addımlardan asılı olacaq. Ancaq ən mühüm budur ki, Türkiyədə başlayan camaat-AKP davasında qalib gələn tərəf olmayacaq. Bu "savaşda” əsas tərəflərdən hansı birinin daha ağır zərbə alması (hər ikisinin zərbə alacağı məlumdur. red) faktı olacaq. Daha ağır zərbə alan meydandan çıxacaq və ya küncə sıxışdırılacaq.
Birlik İnformasiya Mərkəzinin analitik şöbəsi
Birlik.az
Ağdamda güclü yanğın başlayıb
"Hamınız barışıq və ortaq rifahın yeni dövründən zövq alın” - İsrail prezidenti və Netanyahu Əliyevlə Paşinyana mesaj verdi
İlham Əliyev Şavkat Mirziyoyevə zəng edib: "Bu nəticələrin əldə olunmasında Trampın xüsusi rolu var"
İlham Əliyev Ərdoğana zəng edib - Nələr müzakirə olunub?
Cənubi Qafqazın ardınca növbəti geopolitik sövdələşmə məkanı: 15 avqust, Alyaska - Elxan ŞÜKÜRLÜ YAZIR
"Ölkəmiz qarşısında böyük imkanlar açılır..." - İlham Əliyev Baydeni ittiham etdi, Trampla şəxsi münasibətlərindən danışdı (MÜSAHİBƏNİN TAM MƏTNİ, VİDEO)
Gürcüstandan ABŞ-dakı tarixi anlaşmaya - Reaksiya
Bakıda və rayonlarda yağış yağacaq - Sabahın hava proqnozu
ATV-nin süjeti: "Əgər bizim məktəbə 1-ci sinfə qəbul olmayacaqdısa..." - 70 şagirdə bildiriş gəldi, nazirlik isə sonradan... (VİDEO)
ABŞ-da ÜÇTƏRƏFLİ TARİXİ ANLAŞMA: diqqət çəkən məqamlar... - TƏHLİL
Göyçayda zəlzələ oldu
"Hərdən deyirəm ki, kaş sənətə də gəlməzdim" - Afət Fərmanqızı
Paşinyan: "Artıq bir neçə aydır deyirəm ki..."
Ağdərədə yanğın törədən şəxs saxlanılıb
Mehriban Əliyeva: "Sülh sazişi istiqamətində mühüm addım atılıb"
Azərbaycan nefti bahalaşdı
"Sizin 9 nəvəniz var? Mənə əlavə sikkə verin. Siz gözəl danışıq aparırsınız" - Əliyevlə Tramp arasında maraqlı dialoq + FOTOLAR
ABŞ, Azərbaycan və Ermənistan liderləri bir arada: mühüm sənədlər və bəyannamə imzalandı, mesajlar verildi - VİDEO, FOTOLAR (Yenilənib)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəzzada daha 17 nəfər öldürülüb
Ərdoğan: "Milli gəlirimiz ilk dəfə 1 trilyon dolları keçdi"
Prezidentin köməkçisi: “Prezident İlham Əliyev müharibədə qalib gəldi – indi o sülhü qazandı!!!"
Naxçıvan İpoteka Fondu yenidən formalaşacaq
AzTV Su Ehtiyatları Agentliyinin fəaliyyətini tənqid etdi - VİDEO
Türkiyədə güclü yanğın: Çanaqqala boğazı bağlandı, universitet binası boşaldıldı - FOTOLAR
Qəzzada aclıq: daha 4 nəfər ölüb
ABŞ bu ölkə prezidentini narkobaron adlandırdı, başına 50 milyon dollar qoydu: "O, mütləq..."
İsrailin Brüsseldəki səfiri XİN-ə çağırılıb
Almaniya İsrailə silah ixracını dayandırıb - Kansler açıqladı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Rəsmi Bakıdan Tbilisiyə açıq dəstək: "Gürcüstanın suverenlik və ərazi bütövlüyü..."
Daşkəsəndə 30 yaşlı qadın baltalanıb (Yenilənib)
Kamran Əliyev vətəndaşları qəbul edib
Kolleclərə qəbulun nəticələri açıqlandı
Çində təbii fəlakət: 10 nəfər ölüb, 33 nəfər itkin düşüb
Güclü külək başlayacaq - Bu tarixdən
AZAL: "Aktauda qəzaya uğrayan təyyarəyə kənardan müdaxilə edilib"
"Trabzonspor" gənc oyunçu ilə 5 illik müqavilə imzalayıb
Nazım Sanqare "Gaziantep FK" ilə müqavilə imzaladı
"Vilyarreal" təcrübəli yarımmüdafiəçi ilə müqavilə imzalayıb
"Kasımpaşa" hollandiyalı sol cinah müdafiəçisi transfer edib