Dünya çempionunu evində marixuana yetişdirirmiş...

img

26-02-2021 [15:01]


Boks üzrə sabiq dünya çempionu Culius Vitterin evində marixuana yetişdirilmə fermasının olduğu aşkarlanıb. 

Məlumata görə, Ümumdünya Boks Şurasının (WBC) versiyasında qalib olan böyük britaniyalı bu evi icarəyə verib.

Qonaqlar evin qapısının sındırıldığını görəndə polis çağırıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları fermanın qalıqlarını görüb. Vitter evin sahibi olduğunu, lakin icarəyə verdiyini bildirib.

Qeyd edək ki, 46 yaşlı Vitter 2006-08-ci illərdə birinci yarımorta çəkidə WBC kəmərinin sahibi olub. 2015-ci ildə karyerasını bitirən idmançı 53 döyüşdə 43 qələbə qazanıb.

ApaSport


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA