Ermənistanın sabiq baş naziri: "Biz Paşinyanla yalnız hakimiyyəti necə tərk edəcəyini müzakirə edə bilərik"

img

25-02-2021 [17:45]


"Biz Paşinyanı xain və düşmən sayırıq. Biz onunla yalnız onun hakimiyyəti necə tərk edəcəyini müzakirə edə bilərik".

Bunu Ermənistanda müxalifətin baş nazir postuna vahid namizədi Vazgen Manukyan söyləyib.

Müxalifət lideri tərəfdarları parlament ətrafında barrikadalar qurmağa çağırıb.

Xatırladaq ki, ölkənin baş naziri Nikol Paşinyan mitinqləri dayandırıb siyasi qüvvələri masa arxasına keçərək seçkilərlə bağlı danışıqlara başlamağa çağırıb/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR