Prezident "Signify" şirkətinin baş icraçı direktorunu qəbul edib: "Əməkdaşlıq üçün böyük imkan olacaq"
25-02-2021 [20:12]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 25-də "Signify" (əvvəlki adı "Philips Lighting") şirkətinin baş icraçı direktoru Erik Rondolatı və şirkətin rəhbərliyinin digər nümayəndələrini videoformatda qəbul edib.
Mia.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Şirkətin nümayəndələrini salamlayan Prezident İlham Əliyev deyib:
-Hər vaxtınız xeyir.
Erik Rondolat: Hər vaxtınız xeyir.
Prezident İlham Əliyev: Sizi yenidən görməyə çox şadam. Mən bizim sonuncu görüşlərimizi - ötən ilin yanvar ayında Davosdakı görüşü və həmçinin ötən il videokonfrans vasitəsilə təşkil olunmuş görüşü xatırlayıram. Çox şadam ki, sizin şirkətlə Azərbaycandakı tərəfdaşlarınız arasında əməkdaşlıq çox uğurla davam edir. Davosda razılaşdırdığımız kimi, siz ölkəmizdə çox mühüm layihələri həyata keçirirsiniz. Biz bütün müzakirə etdiklərimiz və razılığa gəldiyimiz məsələləri icra edirik. Mənə bu yaxınlarda məlumat verilmişdir ki, Bakıda, Sumqayıtda və Şamaxıda küçələrin işıqlandırılması layihəsi uğurla davam edir, yaxşı nəticələr əldə olunur, elektrik enerjisinin qənaəti yaxşı səviyyədədir. Bu, çox mühümdür. Çünki bizim ötən dəfə müzakirə etdiyimiz kimi, Azərbaycan şəhərlərinin müasirləşdirilməsi prosesi davam edir. Ona görə də xatırladığınız kimi, Bakıda biz əsas diqqəti küçə işıqları olmayan küçələrə yönəltməyi qərara aldıq. Sumqayıtda, eləcə də Şamaxıda siz layihəni tamamilə üzərinizə götürdünüz. Əminəm ki, belə şəhərlər daha çox olacaq. Çünki biz artıq yaxşı nəticələr görürük. Biz artıq səmərəliliyi görürük. Ötən dəfə müzakirə etdiyimiz kimi, biz bu texnologiyaları yalnız küçələrin işıqlandırılması sektorunda deyil, həm də digər sektorlarda tətbiq edə bilərik - xüsusilə azadlıq müharibəsindən sonra Azərbaycan hər şeyin dağıdıldığı azad edilmiş əraziləri artıq yenidən qurmağa başladığı dövrdə. Mən dəfələrlə dediyim kimi, biz həmin ərazilərdə çox müasir infrastruktur, o cümlədən “ağıllı şəhərlər”, “ağıllı kəndlər” sistemi yaratmağı planlaşdırırıq. Proses artıq başlayıb. Ona görə də bizim müvafiq strukturlarımızla beynəlxalq şirkətlər arasında əməkdaşlıq üçün böyük imkan olacaq. Bu səbəbdən mən əməkdaşlığı davam etdirməyi və birinci layihənin ümidvaram ki, çox yaxın zamanda təhvil verilməsini səbirsizliklə gözləyirəm. Bu, əməkdaşlığımızın çox yaxşı göstəricisi olacaq. Bir daha yalnız müzakirələr və yeni ideyaların inkişaf etdirilməsi baxımından deyil, həm də təmasların qurulması baxımından Davos görüşünün əhəmiyyətini vurğulayıram. Sizi yenidən görməyə çox şadam.
"Signify" şirkətinin baş icraçı direktoru Erik Rondolat: “Sizin Azərbaycanın lideri olaraq münaqişəyə son qoymağınızı görməkdən çox şadıq. Münaqişə heç kim üçün yaxşı deyil və münaqişənin həlli bacarığına malik olan liderlərin olması bizim üçün çox önəmlidir”.
Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması münasibətilə təbriklərini çatdıran "Signify" şirkətinin baş icraçı direktoru vurğuladı ki, dövlətimizin başçısının Qarabağdakı əraziləri yenidən Azərbaycana qaytarmağı onları çox sevindirir. Çünki bu münaqişə uzun müddət idi ki, davam edirdi.
“Siz bir lider olaraq vəziyyətdən düzgün çıxış yolunu tapa bildiniz”, - deyən Erik Rondolat vurğuladı ki, onlar işğaldan azad olunmuş ərazilərin təsvirlərini görüblər və oradakı dağıntıların miqyası onların qəlbində iz buraxıb.
Erik Rondolat ölkəmizdə həyata keçiridikləri layihələrdən danışdı, Bakı, Sumqayıt və Şamaxıda icra olunan layihələrin aprelin sonunadək yekunlaşacağını qeyd etdi. O, ölkəmizdə yeni layihələrin icrasında maraqlı olduqlarını dedi.
Prezident İlham Əliyev: Təşəkkür edirəm. Təbriklərinizə görə çox sağ olun. Düşünürəm ki, bu, həqiqətən də təkcə Azərbaycan üçün deyil, həm də bütün region üçün tarixi nailiyyət oldu. Çünki indi regionun tam inteqrasiya olunmaq üçün böyük imkanı var.
Dövlət başçısı münaqişənin həlli ilə regiondakı bütün ölkələr üçün yeni imkanların yaradıldığını deyib. İşğal dövründə həmin ərazilərimizin ermənilər tərəfindən tamamilə dağıdıldığını qeyd edən Prezident İlham Əliyev vurğulayıb ki, biz artıq bu ərazilərdə elektrik enerjisinin hasilatı, avtomobil və dəmir yollarının tikintisi ilə bağlı layihələrə start vermişik.
Prezident İlham Əliyev “Signify” şirkətinin ölkəmizdə icra etdiyi layihələri də qeyd edərək deyib:
-Hesab edirəm ki, Bakı, Sumqayıt, Şamaxı layihələri sizin şirkətinizin yüksək fəaliyyətini, səmərəliliyini həqiqətən də nümayiş etdirir. Bizim yeni planlarımız var. Biz artıq digər böyük şəhərlərlə və əlbəttə ki, işğaldan azad olunmuş ərazilərlə bağlı bu planları müzakirə etmişik. Biz hər bir şəhərin yenidən qurulması üçün baş plan hazırlayırıq və küçələrin işıqlandırılması bunun mühüm bir hissəsi olacaqdır.
XIII Qlobal Bakı Forumu başa çatıb (Yenilənib)
Azercell xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün maarifləndirici təşəbbüs həyata keçirdi - FOTOLAR
"Sabah" "İmişli"ni darmadağın edib
"Azərişıq" ASC-nin sədri yenidən federasiya prezidenti seçildi
"Bu format çərçivəsində əməkdaşlıq üçün mühüm imkanlar mövcuddur" - Hikmət Hacıyev Aİ rəsmisi ilə görüşüb
Sabah hava necə olacaq? - Proqnoz
"AzerGold"da növbəti təyinat oldu
Prorektor müşavir təyin edildi
Azərbaycan nefti 109 dollara satılır - 3.5 dollar da qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə daha bir baş məşqçi istefa verdi
Pakistan və Əfqanıstan arasında toqquşma: 44 post ələ keçirilib
600-dən çox sahibkarın iştirak etdiyi tədbirdə Veysəloğlu Şirkətlər Qrupu mükafatlandırılıb - FOTO
BİR HƏFTƏYƏ MÜHARİBƏ BİTİR? - "ABŞ İsrailə konkret vaxt qoyub"
Müğənni Manaf Ağayevin oğlu həbs edilib - Təfərrüat (YENİLƏNİB)
Azərbaycan və Türkiyə XİN başçıları telefonda danışdı
Müğənni yeni imicdə: sevənləri tanıya bilmədi - FOTOLAR
Ramazanın 24-cü gününün duası: imsak və iftar vaxtı
Livan prezidenti: "Biz İsraillə danışıqlara hazırıq, amma..."
Milli Məclisin növbəti iclası: hansı qanunlara dəyişiklik olunacaq?
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
XIII Qlobal Bakı Forumunun ikinci günü başlayıb (Yenilənib)
BU QANUNU POZANLAR 5 MİN MANATADƏK CƏRİMƏLƏNƏCƏK - Prezident yeni qanunu təsdiqlədi
Novruz bayramında neçə gün iş olmayacaq? - QƏRAR
TƏBİB-in eks-rəhbəri ilə bağlı sensasion iddialar - Xaricdəki jurnalistə gizli məlumatları kim ötürürmüş?
İran raketləri və NATO qalxanı: Türkiyənin üzləşdiyi yeni təhlükəsizlik sınağı (TƏHLİL)
Sabiq icra başçısının şikayətinə "yox" deyildi
Aİ-dən ABŞ-a etiraz - Rusiya nefti ilə bağlı narazılıq yaranıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
İlber Ortaylı vəfat edib
BAEA rəbəri Moskvaya getdi, həmkarı ilə görüşdü - "İranın nüvə silahı hazırladığına dair heç bir dəlil görmədik"
Əli Əsədov Milli Məclisdə hesabat verdi (YENİLƏNİB)
ABŞ lideri İranı hədələdi: "Gələn həftə daha sərt vuracağıq"
BMT-nin Baş katibi Beyrutda: "Livan xalqı müharibəyə sürüklənir"
ABŞ təyyarəsi İraqda qəzaya uğrayıb - 4 nəfər ölüb
Süni intellektlə qadınları şantajda şübhəli bilinən şəxs həbs olunub
TFF "Qalatasaray"ın futbolçusunu cəzalandırdı - 2 oyunluq
"İRANIN TƏSLİM OLMASINI ELAN EDƏCƏK LİDER QALMAYIB" - Tramp G7 ölklərinin liderlərinə belə deyib
Siyəzəndə 17 yaşlı qız dəm qazından boğulub
Adnan Əhmədzadə ilə bağlı daha bir qərar verildi
Özbəkistan prezidenti Bakıya səfərə hazırlaşır
Xəzər TV-nin rəhbərinin səhhətində problem yaranıb
İrandan atılan daha bir raket Türkiyə səmasında vurulub - Açıqlama
Tehranda minlərlə insan "Qüds günü" ilə bağlı küçələrə axışdı - İsrail bölgəni vurdu, iranlılar geri çəkilmədi (FOTOLAR)
Gəncədə antik əşyalar oğurlayan şəxslər saxlanılıblar