Bu gün də bir sıra məhkəmə prosesləri təxirə salınıb

Bu gün də bir sıra məhkəmə prosesləri təxirə salınıb

KRİMİNAL

25.02.2021, 13:09

Azərbaycanda hökm sürən qarlı və şaxtalı hava şəraiti səbəbindən ölkə məhkəmələrində bir sıra məhkəmə prosesləri yenidən təxirə salınıb.

Mia.az Report-a istinadla xəbər verir ki, yollarda hərəkətin çətinləşməsi səbəbilə təqsirləndirilən şəxslərin istintaq təcridxanalarından məhkəmə posesinə gətirilməsində, həmçinin zərərçəkmiş, şahid və digər proses iştirakçılarının məhkəməyə gəlməsində problemlər yaranıb.

Buna görə də bu günə təyin olunan məhkəmə proseslərinin keçirilmə vaxtı dəyişdirilib.

Qeyd edək ki, qarlı və şaxtalı hava şəraiti səbəbindən fevralın 24-ə təyin olunan məhkəmə prosesləri də təxirə salınmışdı.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR