TBMM sədri: "İnsanlıq tarixinin ən dəhşətli qətliamı Xocalıda törədilib"

img

25-02-2021 [11:22]


"İnsanlıq tarixinin ən dəhşətli qətliamlarından biri 29 il öncə Qarabağda - Xocalıda törədilib".

Bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Xocalı soyqırımın 29-cu ildönümü ilə bağlı parlamentdə keçirilən tədbirdə söyləyib.

"Ürəyimizi dağlayan bu acı hadisəni yad etmək üçün bir araya gəlmişik. Vicdanı olan hər kəsi, insanlıqdan utandıran bu vəhşəti şəkillərlə, rəsmlərlə, sözlərlə - hər cür yolu istifadə edərək bu qətliamı görmək istəməyən gözlərə, duymaq istəməyən qulaqlara, hiss etməyən vicdanlara hayqırmağa davam edəcəyik", - sədr bildirib.

O vurğulayıb ki, Xocalı qətliamına görə məsuliyyət daşıyan ermənilər və onların liderləri bütün etiraflara baxmayaraq, hələ də ədalət mühakiməsi qarşısında cavab verməyiblər: "Sözdə insan haqları müdafiəsini edən dövlətlər ölən müsəlman, xüsusilə türkdürsə, heç nə olmamış kimi davranırlar"/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA