Arif Əliyev: "Nə qədər ki, medianın iqtisadi azadlığı yoxdur, siyasi və oliqarx dairələrə bağlıdır..." - "Vicdanlı əməklə pul qazanmaq olmur, baxın hansı KİV-lər öndədir və..."
24-02-2021 [23:52]
Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov yerli KİV-ə müsahibəsində media sahəsində gözlənilən islahatlar haqda müəyyən açıqlamalar verib.
Ə.İsmayılov mövcud “KİV haqqında” qanunun qüvvədən düşəcəyini, yeni “Media haqqında” qanun layihəsinin hazırlandığını bildirib. Qeyd edib ki, yeni qanun Azərbaycanda media subyektlərinin bütün dairəsini əhatə edəcək. Ə.İsmayılovun sözlərinə görə, yeni qanun layihəsi audovizual, çap, onlayn medianı əhatə edəcək, onlayn və çap media ilə bağlı kriteriyalar müəyyən olunacaq. Ə.İsmayılov hazırlanan qanun layihəsi ilə bağlı müəyyən təsəvvürləri açıqlasa da, illərlə Azərbaycanda media sahəsində fəaliyyət göstərən insanların fikirləri də maraqlıdır.
Mia.az bu mövzuda “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyevin Afn.az-a müsahibəsini təqdim edir:
– Arif bəy, 1992-ci ildə Azərbaycanda ilk dəfə “Kütləvi İnformasiya Vasitələri haqqında” qanun qəbul olunub. Sonrakı illərdə bu sənədə bir neçə dəfə əlavə və dəyişikliklər edilib. İndi “KİV haqqında” qanunun ləğvi zərurəti nədən yarandı və ümumiyyətlə, buna ehtiyac varmı?
– Hazırda söhbət qanunun ləğvindən yox, yenidən işlənməsindən gedir. Düşünürəm ki, buna zərurət var və vaxtında atılmış addımdır. Media sahəsində islahatlar qanunvericilikdə ciddi dəyişikliklər olmadan həyata keçirilə bilməz.
Mən diqqəti əsas ona yönəldərdim ki,1999-cu ildə bu qanunun yeni versiyası qəbul olunandan bəri ona bir sıra dəyişikliklər, əlavələr edilib və bu dəyişikliklərin bəlkə də 90 faizi məhdudlaşdırıcı, konservativ xarakter daşıyır. Jurnalistlərin işini asanlaşdırmaqdan çox, mane oldu. Eyni zamanda, o qanunda digər qanunlarla ziddiyyət təşkil edən məsələlər də var. Ona görə də, ölkədə söz azadlığını, jurnalistlərin iş imkanını genişləndirmək üçün o qanunda dəyişikliklər etməyə ehtiyac var.
Digər səbəb isə ondan ibarətdir ki, media sahəsində bu dövrdə texnoloji dəyişikliklər, inkişaf baş verib. Bir sıra yeni məsələlər ortaya çıxıb ki, onların qanunvericilik formasında tənzimlənməsinə ehtiyac var. Bunlar qanunda öz əksini tapıb, buraya yeni media növlərini əlavə edirəm. Müəyyən fəaliyyət formaları var ki, onları qanunla tənzimləmək lazımdır. Ona görə də hesab edirəm ki, ehtiyac var, belə bir qanun hazırlanmalıdır. Ancaq çalışmalıyıq ki, qaş düzəltdiyimiz yerdə vurub göz də çıxartmayaq. Ona görə də bu sənədin hazırlanmasında məhz sırf media mütəxəssislərinin, beynəlxalq təcrübə bilən şəxslərin, media hüququ sahəsində mütəxəssislərin iştirakı vacibdir.
– Sizcə, Azərbaycanda KİV-in problemləri hüquqi boşluqdanmı qaynaqlanır? Yəni “Media haqqında” qanun bu sahədəki problemləri həll edəcəkmi?
– Bilirsiniz, bu, nəyə bənzəyir, əgər cəmiyyətdə ictimai xarakterli bir neçə problem mövcuddursa, onları bir-bir həll etmək mümkün olmayacaq. Bilə-bilə ki, medianın əsas problemləri qismən qanunvericilikdən, iqtisadiyyatdan, müstəqilliyinin məhdudlaşmasından, qismən jurnalist professionalizmindən, media bazarının formalaşmamasından, qismən media bazarına ideoloji nəzarətin olmasından qaynaqlanır və bu problemlərdən birini həll etməklə xəstəni sağaltmağa çalışırıqsa, heç zaman buna nail ola bilməyəcəyik. Əgər biz ayrıca biz qanunu dəyişib, medianın iqtisadi bazasına toxunmayacağıqsa, iqtisadi müstəqilliyini təmin etmək, dağıdılmış media infrastrukturunu bərpa etmək üçün heç nə etməyəcəyiksə, bu, boş bir sənəd olaraq qalacaq. Zahiri gözəllik kimi. Eynilə də əgər hesab eləsək ki, bu gün jurnalist professionallığı bizim üçün problemdir, bununla məşğul olaq, qanunvericiliyi, iqtisadi məsələləri unutsaq, biz heç nəyə nail ola bilməyəcəyik. Bunlar hamısı bir-biri ilə əlaqəlidir. Odur ki, islahat dedikdə, ayrıca qanunun dəyişdirilməsi islahat deyil, köklü və hərtəfəli əhatə etməlidir. Biz konseptual baxmalıyıq ki, bu xəstənin neçə xəstəliyi var, birini həll etsək, digəri onu öldürə bilər. Belə hərtərfli yanaşma olarsa, onda deyərik ki, qarşımıza islahat konsepsiyası qoyulub və müxtəlif istiqamətlərdə paralel olaraq yavaş-yavaş irəliləmək lazımdır.
Bu, bütün sahələrdə belədir. Neçə ildir ki, bütün fəaliyyətlərini adını “reket jurnalistikası” qoyduqları bir istiqamətlə mübarizəyə yönəldiblər. Mən buna reket jurnalistika yox, jurnalistikadan cinayət məqsədilə istifadə deyərdim. Ona paralel müxtəlif istiqamətlərdə, problemlərin həlli ilə məşğul olmasaq, ayrıca götürülmüş bir problemi aradan qaldıra bilməyəcəyik. Nə qədər ki, medianın cəmiyyətdə özünün iqtisadi azadlığı yoxdur, media başqa ciblərə, siyasi və oliqarx dairələrə bağlıdır, çünki özü müstəqil yaşaya bilmir, istəyirsən qanun düzəlt, reketlərlə mübarizə apar, nə edirsən et, bu vəziyyəti dəyişə bilməyəcəksən. Həyatın bütün sahələrində belədir.
– Yeni qanun layihəsində əsas təkliflərdən biri, faktiki olaraq jurnalist fəaliyyəti olmayan, amma saxta jurnalist vəsiqəsindən istifadə hallarına son qoyulmasını nəzərdə tutur. Bir qədər də dəqiqləşdirsək, bu qanunun qəbulu reket jurnalistikanın fəaliyyətinə son qoya biləcəkmi?
– Əlbəttə, yox. Bir qanunla nəsə dəyişmək mümkün deyil, əgər problemlərə konseptual, müxtəlif tərəflərdən yanaşmasaq. Sənədlə hansısa problemi həll etmək, məsələyə dərindən yanaşmamağın təzahürüdür. O qədər başqa peşə sahibləri var ki, saxta sənədlərlə min cür hoqqadan çıxırlar. Məsələn, polislərlə bağlı nə qədər faktlar üzə çıxır ki, filankəsi saxta sənədlə tutublar. Hər bir qanuna ayrıca bənd salmalıyıq onunla bağlı?
Vahid bir qanun var, istəyirsən, müəllim, həkim, polis, jurnalist ol, sən sənəd saxtalaşdırıbsansa, buna görə cavab verməlisən. Bunu ayrıca “Media haqqında” qanuna salmağın mənası nədir, göz qorxutmaqdan başqa?! Yaxud özünü aldatmaqdan başqa ki, bununla reket jurnalistikası problemini həll edəcəm. Jurnalistikadan sui-istifadənin 90 faiz kökündə məmur, oliqarx müdaxiləsi və iqtisadi problemlərdir. Vicdanlı əməklə pul qazanmaq olmur. Baxın, hansı KİV-lər öndədir və onların rəhbərləri kimlərdir. Vicdanlı jurnalistika ilə yox, media vasitələrinin əksəriyyəti ona-buna xidmət etməklə, sifariş, tapşırıq yerinə yetirməklə gəlir əldə edir. İstəyirsən 10 qanun qəbul elə, çıxış elə, həyat və reallıq fərqlidir, bu reallığı dəyişmək lazımdır.
– “Media haqqında” qanunun Azərbaycana gətirəcəyi yeniliklərdən biri də çap mediasının öz yerini onlayn qəzetlərə verməsidir. Onlayn qəzetlər Azərbaycan oxucusu üçün yenilikdir. Sizcə, bu, hansı şəkildə olacaq?
– Əgər hardasa, kimsə deyirsə ki, çap mediası öz yerini onlayn mediaya verib, bu, yalnız təsəvvürdür. Azərbaycanda çap mediası öldüsə, bu o demək deyil ki, dünyada çap mediası ölüb. Hətta 2016-cı ildən etibarən ilk növbədə Asiya və bir sıra Avropa ölkələrində çap mediasının özfəaliyyət dairəsinin genişləndirilməsinin şahidi oluruq. Almaniya, Fransa kimi ölkələrdə əvvəlkindən fərqli olaraq ildə az da olsa, 0,3-0,5 faiz tirajların genişlənməsi müşahidə olunur. Əlbəttə, onlayn media çox böyük sürətlə inkişaf edir və onun gələcək perspektivləri də çoxdur. Ancaq bu, əsas vermir biz deyək ki, çap mediası öz yerini verib, onun seqmenti, sahəsi var, ona görə də bu istiqamətdə onları qarşı-qarşıya qoymaq düzgün olmazdı. Başqa məsələdə, jurnalistika prinsipləri, istər onlayn, istər elektron, yaxud çap formasında olsun, daşıyıcıdan asılı olmayaraq dəyişməz qalmalıdırlar. Hər bir sahənin özünün spesifikası var. Məsələn, radio jurnalistikasının özünün olduğu kimi. Ancaq bütövlükdə əgər jurnalistikadan danışırıqsa, onun prinsipləri dəyişməz və vahiddir. Biz çox zaman jurnalistikaya aid olmayan şeyləri də buraya zorla salmaq istəyirik. Məsələn, vətəndaş jurnalistikası kimi qəribə bir formalar düşünülüb. Jurnalistika digər sahələr kimi konkret peşədir və özünün daxili qaydaları, normaları mövcuddur.
– Yeni qanunun qəbulu çap mediasını tamamilə sıradan çıxaracaq, yoxsa fəaliyyətini davam etdirəcək?
– İnanmıram ki, qanunda elə bir məqsəd qoyulsun. Hətta bunu mümkün hesab etmirəm, o dərəcədə yanlış yanaşma tərzi tətbiq olunmaz. Kim deyə bilər ki, məsələn, ərəb, Hindistan, Çin aparıcı qəzetlərinin nüfuzu 10 il bundan əvvəlkindən azdır. Bazar dairəsi daralır, ancaq nüfuzlarını itirməyiblər. Buna görə də belə bir məqsəd qanunda qoyulmayacaq. Ölkəmizdə çap mediasının mövcudluğu ilə bağlı, məsələn, Gürcüstandan fərqli olaraq mühit yoxdur. Bu gün Azərbaycanda çap mediası yayıla bilməz.
Birincisi, onun yayım strukturu yoxdur. Hətta hansısa bir oxucunun oxumaq istədiyi səviyyədə qəzet çıxsa, onu yaymaq imkanı, köşkləri yoxdur. Avtomat yayım, abunə yoxdur. Abunə yalnız sifarişlərlə, kimlərisə yazdırmağa yönəldilib. Abunə təşkilatları hamısı hökumətdən alınan planlar üzrə fəaliyyət həyata keçirirlər. Reklam yoxdur, reklam olmayan çap mediası elektron KİV-dən daha bahalıdır. Çünki onun əsas xərci istehsala gedir. Reklam olmayan bir şəraitdə, satış imkanları demək olar ki, yoxdur, struktur dağıdılıb. Nəyin hesabına çıxmalıdır çap mediası?
Çap mediasının mövcud olmamasının əsas səbəblərindən biri budur. Məsələn, axşam qəzetləri Avropa ölkələrində kifayət qədər populyardır. Azərbaycanda kimsə bu gün axşam qəzeti çıxartmaq istəsə, onu ünvana çatdırmaq üçün imkanı yoxdur, sıfırdır. Belə bir şəraitdə bu qəzetin çıxması necə mümkün ola bilər?
– Bəzi mətbuat orqanları KİVDF-dən maliyyələşirdi və bu proses hazırda da davam edir. Siz bu cür maliyyələşməyə necə baxırsız, bu davam etməlidir?
– Əlbəttə yox. Bu maliyyələşmə KİV-lərin, qəzetlərin rəqabətinin daha da öldürülməsinə yönəldilib. Keçən zaman da bunun doğru olduğunu göstərdi. KİVDF çox maraqlı bir qurum idi və onun çox gözəl əsasnaməsi var idi. Burada qarşıya böyük vəzifələr qoyulmuşdu və onun 30 faizi yerinə yetirilsəydi, biz bu gün tamam başqa mənzərənin şahidi olardıq. Bilmirəm pula hərislikmi, yoxsa yuxardan göstərişləmi, hansısa səbəbdənmi KİVDF funksiyalarını, vəzifələrini yalnız pul bölüşdürməklə yerinə yetirdi. Mövcud olduğu illər ərzində onun yeganə işi-peşəsi pul bölüşdürmək və səfərlər təşkil etmək idi. O da pul bölüşdürməyin formasından biri idi. Bu, KİV-i əksinə inkişafdan saxlayır, rəqabəti öldürür, onları büdcənin, hökumətin əlinə baxmağa öyrədir, belə olan yerdə də medianın inkişafından söhbət gedə bilməz.
Ramazanın 25-ci gününün duası: imsak və iftar vaxtı
XIII Qlobal Bakı Forumu başa çatıb (Yenilənib)
Azercell xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün maarifləndirici təşəbbüs həyata keçirdi - FOTOLAR
"Sabah" "İmişli"ni darmadağın edib
"Azərişıq" ASC-nin sədri yenidən federasiya prezidenti seçildi
"Bu format çərçivəsində əməkdaşlıq üçün mühüm imkanlar mövcuddur" - Hikmət Hacıyev Aİ rəsmisi ilə görüşüb
Sabah hava necə olacaq? - Proqnoz
"AzerGold"da növbəti təyinat oldu
Prorektor müşavir təyin edildi
Azərbaycan nefti 109 dollara satılır - 3.5 dollar da qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə daha bir baş məşqçi istefa verdi
Pakistan və Əfqanıstan arasında toqquşma: 44 post ələ keçirilib
600-dən çox sahibkarın iştirak etdiyi tədbirdə Veysəloğlu Şirkətlər Qrupu mükafatlandırılıb - FOTO
BİR HƏFTƏYƏ MÜHARİBƏ BİTİR? - "ABŞ İsrailə konkret vaxt qoyub"
Müğənni Manaf Ağayevin oğlu həbs edilib - Təfərrüat (YENİLƏNİB)
Azərbaycan və Türkiyə XİN başçıları telefonda danışdı
Müğənni yeni imicdə: sevənləri tanıya bilmədi - FOTOLAR
Ramazanın 24-cü gününün duası: imsak və iftar vaxtı
Livan prezidenti: "Biz İsraillə danışıqlara hazırıq, amma..."
Milli Məclisin növbəti iclası: hansı qanunlara dəyişiklik olunacaq?
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
XIII Qlobal Bakı Forumunun ikinci günü başlayıb (Yenilənib)
BU QANUNU POZANLAR 5 MİN MANATADƏK CƏRİMƏLƏNƏCƏK - Prezident yeni qanunu təsdiqlədi
Novruz bayramında neçə gün iş olmayacaq? - QƏRAR
TƏBİB-in eks-rəhbəri ilə bağlı sensasion iddialar - Xaricdəki jurnalistə gizli məlumatları kim ötürürmüş?
İran raketləri və NATO qalxanı: Türkiyənin üzləşdiyi yeni təhlükəsizlik sınağı (TƏHLİL)
Sabiq icra başçısının şikayətinə "yox" deyildi
Aİ-dən ABŞ-a etiraz - Rusiya nefti ilə bağlı narazılıq yaranıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
İlber Ortaylı vəfat edib
BAEA rəbəri Moskvaya getdi, həmkarı ilə görüşdü - "İranın nüvə silahı hazırladığına dair heç bir dəlil görmədik"
Əli Əsədov Milli Məclisdə hesabat verdi (YENİLƏNİB)
ABŞ lideri İranı hədələdi: "Gələn həftə daha sərt vuracağıq"
BMT-nin Baş katibi Beyrutda: "Livan xalqı müharibəyə sürüklənir"
ABŞ təyyarəsi İraqda qəzaya uğrayıb - 4 nəfər ölüb
Süni intellektlə qadınları şantajda şübhəli bilinən şəxs həbs olunub
TFF "Qalatasaray"ın futbolçusunu cəzalandırdı - 2 oyunluq
"İRANIN TƏSLİM OLMASINI ELAN EDƏCƏK LİDER QALMAYIB" - Tramp G7 ölklərinin liderlərinə belə deyib
Siyəzəndə 17 yaşlı qız dəm qazından boğulub
Adnan Əhmədzadə ilə bağlı daha bir qərar verildi
Özbəkistan prezidenti Bakıya səfərə hazırlaşır
Xəzər TV-nin rəhbərinin səhhətində problem yaranıb
İrandan atılan daha bir raket Türkiyə səmasında vurulub - Açıqlama
Tehranda minlərlə insan "Qüds günü" ilə bağlı küçələrə axışdı - İsrail bölgəni vurdu, iranlılar geri çəkilmədi (FOTOLAR)
Gəncədə antik əşyalar oğurlayan şəxslər saxlanılıblar