Əvəz Zeynallının şikayətinə baxılacaq

img

18-12-2013 [19:33]


Dekabrın 19-da Bakı Apellyasiya Məhkəməsində "Xural” qəzetinin hazırda həbsdə olan təsisçisi və baş redaktoru Əvəz Zeynallının şikayətinə baxılacaq. Məhbus jurnalistin xanımı Məlahət Zeynallının "Media forum” saytına bildirdiyinə görə, prosesə hakim Cəmilə Səfiyeva sədrlik edəcək.

Əvəz Zeynallı apellyasiya instansiyasına Mətbuat Şurasına qarşı qaldırdığı iddia ilə bağlı Nərimanov Rayon Məhkəməsinin çıxardığı qərardan şikayət edib.

Əvəz Zeynallı Mətbuat Şurasının 2011-ci ildə "Xural”ın "reket qəzet” elan edilməsi və qəzetin adının "qara siyahı”ya salınması haqda qərarının qanunsuz hesab olunması, məhkəmənin Mətbuat Şurasını səlahiyyətlərini aşmaqda təqsirli bilərək xüsusi qərardad çıxarması iddiası ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdi. Sentyabrın 2-də Nərimanov məhkəməsi iddianı təmin etməyib.

Əvəz Zeynallı 2011-ci il oktyabrın 28-dən həbsdədir. O, 9 il müddətinə azadlıqdan məhrum edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA