Gürcüstanın yeni hökumətin tərkibi bəlli oldu - SİYAHI
DÜNYA
22.02.2021, 22:17
Gürcüstan parlamenti İrakli Qaribaşvilinin Baş nazir postunu tutduğu yeni hökumətə etimad göstərib.
Məlumata görə, parlamentin bu gün keçirilən plenar iclasında səsvermə zamanı 89 deputat hakim “Gürcü Arzusu”nun təqdim etdiyi yeni hökumətin tərkibini dəstəkləyib.
Yerli qanunvericiliyə əsasən parlamentin hökuməti təsdiqləməsi üçün minimum 76 deputatın səsi kifayət edir. Yeni hökumətin tərkibində əvvəlkindən fərqli olaraq iki yeni nazir var. Bunlar regional inkişaf və infrastruktur naziri İrakli Karseladze və müdafiə naziri Cuanşer Burçuladzedir.
Gürcüstanın yeni hökumətinin tam tərkibi aşağıdakı kimidir:
Xarici işlər naziri - David Zalkaliani;
İqtisadiyyat və davamlı inkişaf naziri - Natia Turnava;
Ədliyyə naziri - Qoça Lortkipanidze;
Daxili işlər naziri - Vaxtanq Qomelauri;
Regional inkişaf və infrastruktu naziri - Irakli Karseladze;
Maliyyə naziri - İvane Maçavariani;
Təhsil, elm, mədəniyyət və idman naziri - Mixeil Çxenkeli;
Qaçqın və məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial məsələlər naziri – Ekaterine Tikaradze;
Ətraf mühitin qorunması və kənd təsərrüfatı naziri - Levan Davitaşvili; müdafiə naziri - Cuanşer Burçuladze;
Barışıq və vətəndaş bərabərliyi üzrə dövlət naziri - Tea Axvlediani.
Gürcüstan konstitusiyasına görə parlamentin yeni Baş nazirə və hökumətin tərkibinə etimad göstərməsindən sonra Prezident yeni Baş nazirin təyinatı ilə bağlı fərman imzalamalıdır.
Qeyd edək ki, 1982-ci il təvəllüdlü İrakli Qaribaşvili daha əvvəl 2013-2015-ci illərdə Gürcüstanın Baş naziri olub.
Xatırladaq ki, Baş nazir Giorgi Qaxaria fevralın 18-də müxalif “Vahid Milli Hərəkat” partiyasının lideri Nika Melianın həbsi ilə bağlı Tbilisi Şəhər Məhkəməsinin qərarından sonra tutduğu vəzifədən və hakim “Gürcü Arzusu” partiyasına üzvlükdən istefa verdiyini açıqlayıb/APA.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Konfrans Liqası: sabah 4 oyuna sart veriləcək
Bugün, 13:29 İDMAN
-
AzE Estetik Mərkəzin direktoru məhkəmə zalında qandallandı - Ülviyyə İlyasova nədə ittiham olunur?
Bugün, 13:22 KRİMİNAL
-
Xəzərdə zəlzələ oldu - 5.3 maqnitudalı
Bugün, 13:20 GÜNDƏM
-
Sabiq deputat komitə sədrinə "Bəlkə qrant müsabiqəsi elan edəsiniz?” replikasını atdı, belə cavab aldı...
Bugün, 13:06 MÜSAHİBƏ
-
7 epizod üzrə ittiham olunan keçmiş rəis... - Nə qədər rüşvət alıb?
Bugün, 12:58 CƏMİYYƏT
-
Kinematoqrafçılar İttifaqının qurultayı keçiriləcək - Bu tarixdə
Bugün, 12:56 MƏDƏNİYYƏT
-
Muhsin Şentürk Azərbaycan Ali Məhkəməsində olub - FOTOLAR
Bugün, 12:48 GÜNDƏM
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:31 CƏMİYYƏT
-
TRAMP QORXDU? - Şahin Cəfərli yazır
Bugün, 12:29 SİYASƏT
-
Şirvanda kütləvi zəhərlənmə olub (Yenilənib)
Bugün, 12:07 GÜNDƏM
-
“BU, BİZİM TAM ZƏFƏRİMİZDİR” – ABŞ prezidentindən İranla bağlı daha bir bəyanat
Bugün, 11:59 GÜNDƏM
-
Türkiyədə zəlzələ olub - 4 bal gücündə
Bugün, 11:47 GÜNDƏM
-
HƏKİMLƏRİN MAAŞI NİYƏ AZALIR? - “Bizə deyilir ki, guya son 2 ildə artıq maaş almışıq və..."
Bugün, 11:38 CƏMİYYƏT
-
Prezident qazaxıstanlı nazirləri qəbul etdi - Müzakirə + FOTOLAR
Bugün, 11:30 GÜNDƏM
-
YAP-ın keçmiş təşkilat sədri hakimin suallarını cavablandırıb: "Votsap qrupu var idi, qrupun admini TƏBİB-in mütəxəssisi idi"
Bugün, 11:11 SİYASƏT
-
"Təşəbbüsləri dəstəkləməyə hazırıq" - Rəsmi Bakıdan ABŞ-İran anlaşmasına reaksiya
Bugün, 11:04 SİYASƏT
-
Trampdan İranla bağlı açıqlama: “Böyük pullar qazanacağıq”
Bugün, 10:55 GÜNDƏM
-
Bakıda daha iki nəfər dəm qazından zəhərlənib
Bugün, 10:50 CƏMİYYƏT
-
Xaçmazda 37 yaşlı kişi kanalda boğulub
Bugün, 10:37 CƏMİYYƏT
-
Teatrda qalmaqal böyüyür - Direktor nazirliyə çağırıldı
Bugün, 10:26 MƏDƏNİYYƏT
-
"ÜMİDSİZ BİR ƏDƏBİYYAT"IN UĞURLU TƏQDİMATI... (Müəllif təəssüratı)
Bugün, 10:20 PRESS
-
Qərb atəşkəs haqqında nə deyir? - Sülh illüziyası və davam edən müharibə reallığı
Bugün, 09:47 GÜNDƏM
-
Azərbaycan nefti 141 dollara satılır
Bugün, 09:42 İQTİSADİYYAT
-
Çempionlar Liqası: "Bavariya" Real"ı "devirdi"
Bugün, 09:15 İDMAN
-
Çempionlar Liqası: "Arsenal" son saniyədə qalib gəldi
Bugün, 09:02 İDMAN
-
İki nəfər 15 kq narkotiklə tutulub
Bugün, 08:59 KRİMİNAL
-
UNESCO-nun qərargahında Novruz şənliyi keçirilib – 13 ölkənin iştirakı ilə (FOTO)
Bugün, 08:48 MƏDƏNİYYƏT
-
Atəşkəsdən əvvəl İranda neft-kimya zavodları vurulub
Bugün, 08:41 DÜNYA
-
Netanyahu Tramp-İran anlaşmasına boyun əydi: “Atəşkəsi dəstəkləyirik, lakin…”
Bugün, 08:29 GÜNDƏM
-
İRAN DA İKİ HƏFTƏLİK ATƏŞKƏS TƏKLİFİNƏ “HƏ” DEDİ, ŞƏRTLƏRİ AÇIQLADI: “Biz qələbə qazandıq”
Bugün, 08:21 GÜNDƏM
-
TARİXİ RAZILAŞMA: Tramp 2 həftəlik atəşkəsi qəbul etdi, 10 maddəlik sazişdən söz açdı
Bugün, 08:15 GÜNDƏM
-
Xarici İşlər Nazirliyi açıqlama yayıb
Bugün, 08:07 SİYASƏT
-
Bağdadda ABŞ səfirliyinə hücum olub
Bugün, 00:49 GÜNDƏM
-
Ağ Evdən Şahbaz Şərifin çağırışına reaksiya: “Tramp xəbərdardır, cavab veriləcək”
Bugün, 00:25 GÜNDƏM