Haker hücumu ilə bağlanan saytın rəhbəri danışdı: "DİA.AZ sabahdan işləyəcək"

img

18-12-2013 [12:05]


Artıq 3 gündür ki, DİA.AZ portalı hakerlərin hədəfindədir. Bununla bağlı portalın baş redaktoru Məhəmməd Ərsoy açıqlamasında bildirib ki, 3 gündür hakerlərin hücumlarından müdafiə olunurlar və buna görə də portalın fəaliyyətində fasilə yaranıb:

"Biz dövlətdən müdafiə üçün kömək istəmişik. Amma hələ cavab verilməyib. Öz gücümüzə vəziyyətdən çıxmağa çalışırıq. Oxucularımızdan yaranmış və bizdən asılı olmayan problemə görə üzr istəyirik. Və oxucularımızdan xahiş edirik ki, səbrli olsunlar. Sabahdan DİA.AZ işləyəcək"...


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA