XİN başçısı: "Baş verən proseslər və hökumətin istefasına görə Bakıya gedə bilmədim”

img

20-02-2021 [17:50]


“Fevralın 18-19-da mən tərəfdaş ölkəmiz Azərbaycana səfər etməli idim. Məni Bakıya dəvət etmişdilər. Lakin ölkədə baş verən proseslər və hökumətin istefasına görə Bakıya gedə bilmədim”.

Bunu Gürcüstanın xarici işlər naziri vəzifəsinə namizəd David Zalkaliani parlamentdə keçirilən dinləmələrdə deyib.

D.Zalkaliani Azərbaycan və Türkiyə xarici işlər nazirləri ilə təmasda olduğunu qeyd edib: “Hər iki həmkarımla əlaqə saxlamışam və onlar mənə anlayışla yanaşdılar. Nazirlər yaxın gələcəkdə görüşməyə və bizim üçün aktual məsələləri müzakirə etməyə hazırdırlar”/Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA