Gürcüstan parlamentində Azərbaycanla dostluq qrupu yaradıldı

img

19-02-2021 [15:39]


Gürcüstan parlamentində “Dostluq qrupları” haqqında qərar qəbul olunub.

77 deputat sənədin lehinə səs verib.

Qərara əsasən, 36 deputatdan ibarət Azərbaycanla dostluq qrupuna vitse-spiker Kaxaber Kuçava rəhbərlik edəcək.

Dostluq qrupunda qanunverici orqanın iki - Xarici əlaqələr və Regional siyasət komitələrinin sədrləri Nikoloz Samxaradze və Sozar Subari də təmsil olunub.

Qrupda yalnız bir müxalif deputat yer alıb. O, Vətəndaşlar Partiyasının sədri Aleksandre Elisaşvilidir./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA