Dövlət Departamenti: “ABŞ Gürcüstanda baş verən son siyasi hadisələrdən çox narahatdır”

img

19-02-2021 [09:58]


“ABŞ Gürcüstanda baş verən son siyasi hadisələrdən çox narahatdır”.

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Praysın yayımladığı açıqlamada deyilir. “Bütün tərəfləri təmkinli olmağa, gərginliyi artıran və zorakılıqla nəticələnə biləcək hər hansı hərəkət və ya sözlərdən çəkinməyə çağırırıq. Qanunun aliliyi və hesabat verən qurumların inkişafı üçün strateji tərəfdaşımız olan Gürcüstanla çalışmağa davam edəcəyik”.

Qeyd edək ki, Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) sədri Nika Meliyanın həbsindən sonra ölkənin baş naziri Giorgi Qaxariya istefa verib. Hakim Gürcü Arzusu Partiyasının sıralarını da tərk edən G.Qaxariyanın istefası onun hakim komanda ilə olan fikir ayrılıqları ilə əlaqələndirilir.

Artıq Gürcüstanın müdafiə naziri İrakli Qaribaşvili baş nazir vəzifəsinə namizəd irəli sürülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR