Arif Hacılı polisə çağırılıb? - DİN "protokol onun yaşadığı ünvana göndəriləcək” deyir

img

18-02-2021 [12:33]


Daxili İşlər Nazirliyi (DİN) Müsavat başqanı Arif Hacılının polisə çağırılması barədə məlumata münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindənbildirilib ki, Arif Hacılı polis orqanlarına dəvət edilməyib: "Arif Hacılı xüsusi karantin rejimi qaydalarını pozduğu üçün onun barəsində Yasamal rayon Polis İdarəsi tərəfindən protokol tərtib edilib. Həmin protokol onun yaşadığı ünvana göndəriləcək”.

Qeyd edək ki, Müsavat Partiyasının başqanı Arif Hacılı sosial şəbəkə hesabında polisə dəvət olunduğunu yazıb/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA