Səfir: "Özbəkistan hər zaman Azərbaycana bütün məsələlərdə dəstək göstərib"

img

17-02-2021 [16:48]


Özbəkistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov Vətən müharibəsində qazanılan qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib.

Diplomat təbrikini fevralın 17-də Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşündə çatdırıb.

O həmçinin şəhidlərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.

Səfir qeyd edib ki, Özbəkistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır və hər zaman ölkəmizə bütün məsələlərdə dəstək göstərib.

Özbəkistanın Azərbaycan ilə birgə hərbi təlim və treninqlərin keçirilməsində maraqlı olduğunu qeyd edən səfir Özbəkistan Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə Azərbaycanın hərbi təhsil müəssisələrində təcrübə mübadiləsinin aparılmasının vacibliyini də vurğulayıb./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA