Azərbaycan və Rusiya XİN başçıları telefonda danışdı - Qarabağla bağlı müzakirə

img

17-02-2021 [14:47]


Azərbaycan Xarici İşlər Nazirliyi xarici işlər naziri Ceyhun Bayramov və rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı ilə bağlı məlumat yayıb.

Nazirlikdən Mia.az-a bildirilib ki, fevralın 17-də C.Bayramov və S.Lavrov arasında telefon danışığı baş tutub.

Tərəflər bölgədə mövcud olan cari vəziyyəti, o cümlədən 10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Söhbət zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA