Hikmət Hacıyev: “Mən peyvənd olunmuşam və heç bir neqativ təsirini hiss etmirəm”

img

15-02-2021 [18:57]


“Biz bundan əvvəl belə miqyasda pandemiya ilə üzləşməmişdik”.

Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə keçirilən “COVID-19 pandemiyası və peyvəndləmənin geosiyasi aspektləri” adlı beynəlxalq vebinarda Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, Azərbaycan regional səviyyədə öz səylərini göstərib: “Daha geniş çərçivədə Qoşulmama Hərəkatının sədri kimi üzv dövlətlər üçün əlavə fond yaradıldı. COVID-19 başlayanda beynəlxalq böhrana beynəlxalq yanaşma görmədik. Təəssüf ki, BMT çərçivəsində, yaxud onların çətiri altında irimiqyaslı tədbirlərin təşkil olunmasını görmədik. Bununla əlaqədar Azərbaycan Prezidenti BMT-nin növbədənkənar sessiyasının çağırılması təşəbbüsünü irəli sürdü. Çox şadıq ki, BMT, üzv dövlətlər bu təşəbbüsü dəstəklədi”. 

Prezidentin köməkçisi özünün də koronavirusa qarşı peyvənd olunduğunu qeyd edib: “Mən peyvənd olunmuşam və heç bir neqativ təsirini hiss etmirəm”.

H. Hacıyev vurğulayıb ki, peyvəndlərin milliləşdirilməsi də ciddi məsələdir: “Bu kimi məsələləri biz müşahidə edirik. Aşağı gəlirli ölkələr hələ bu proqrama başlamayıb. Belə məlumat var ki, yüksək gəlirli ölkələr vaksini ehtiyacdan daha yüksək həcmdə alırlar və digər ölkələrə bu çatmır”/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA